“Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikasının Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
6-cı bəndini rəhbər
tutaraq qərara alır:
Maddə 1. “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
740; 2002, ¹ 12, maddə 706; 2003, ¹ 1, maddə 23, ¹ 8, maddə
428, ¹ 12 (I kitab), maddələr
676, 698; 2005, ¹ 1, maddə 1, ¹ 6, maddə 462, ¹ 8, maddə
684, ¹ 10, maddələr 873, 905, ¹ 12, maddə 1083; 2006, ¹ 3, maddələr
223, 225, ¹ 6, maddə 481, ¹ 12, maddələr 1015, 1029; 2007, ¹ 2, maddə 80, ¹ 12, maddə
1203; 2008, ¹ 3, maddə 158, ¹ 6, maddə 462, ¹ 7, maddə
602, ¹ 12, maddə 1047; 2009, ¹ 1, maddə 5, ¹ 2, maddə 56,
¹ 3, maddə 160, ¹ 7, maddə
519, ¹ 12, maddə 947; 2010, ¹ 4, maddə 276, ¹ 6, maddə
485, ¹ 10, maddə 840, ¹ 11, maddə
939; 2011, ¹ 1, maddə 12, ¹ 4, maddələr 245, 264, ¹ 11, maddə
985, ¹ 12, maddə 1100; 2012, ¹ 1, maddə 4, ¹ 6, maddələr
508, 518, ¹ 7, maddə 646, ¹ 10, maddə 947, ¹ 12, maddələr
1216, 1227, 1229; 2013, ¹ 3, maddə 213, ¹ 5, maddə 474, ¹ 11, maddələr
1269, 1279, 1299, 1301, 1308, ¹ 12, maddələr
1485, 1504; 2014, ¹ 1, maddə 6, ¹ 5, maddə 468, ¹ 6, maddələr
603, 605, ¹ 7, maddələr 774, 780, ¹ 11, maddələr 1345, 1370; 2015, ¹ 12, maddə 1432; 2016, ¹ 1, maddələr
15, 36, ¹ 4, maddə 630, ¹ 5, maddə
849, ¹ 6, maddə 1014, ¹ 10, maddə
1605, ¹ 11, maddələr 1753, 1776, 1780,
1790, ¹ 12, maddələr 2006, 2051; 2017, ¹ 3,
maddələr 337, 341, ¹ 5, maddə
742, ¹ 6, maddə 1028, ¹ 7, maddə
1308, ¹ 8, maddə 1506, ¹ 12 (I kitab), maddə 2265; 2018, ¹
3, maddə 405, ¹ 4, maddələr
639, 647, ¹ 6, maddələr 1186, 1194, ¹ 7 (I kitab), maddələr 1415,
1444, ¹ 8, maddə 1675, ¹ 12 (I kitab), maddə 2489; 2019, ¹
1, maddə 45, ¹ 4, maddələr
571, 596, ¹ 5, maddə 797, ¹ 7, maddələr 1176, 1181, 1190, 1192, ¹ 8, maddə 1371, ¹ 11, maddələr
1681, 1694; 2020, ¹ 5, maddələr 521, 524, ¹
6, maddə 665, ¹ 7, maddələr
824, 828, 837, 851, 853, 1327, ¹ 12 (I kitab), maddə 1423; 2021, ¹ 2, maddə
117; Azərbaycan Respublikasının
2021-ci il 25 may tarixli
325-VIQD nömrəli Qanunu)
aşağıdakı dəyişikliklər
edilsin:
1.1.
2.0.1-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“2.0.1. məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin
verilməsi, məhkəmə
aktının surətinin
təkrar verilməsi;”;
1.2.
2.0.23-cü maddənin sonundakı
nöqtə işarəsi
nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı
məzmunda 2.0.24-cü maddə
əlavə edilsin:
“2.0.24. özəl məhkəmə
eksperti qismində fəaliyyət göstərmək
üçün şəhadətnamənin
verilməsi.”;
1.3.
4-cü maddə üzrə:
1.3.1.
4.1-ci maddədə “4.1-4-cü” sözləri “4.1-5-ci" sözləri
ilə əvəz edilsin;
1.3.2.
4.1-5-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“4.1-5. Bu Qanunun 8-ci maddəsində
nəzərdə tutulmuş
dövlət rüsumlarının
50 faizi (ödənilən
hər bir dövlət rüsumu üzrə 5000 manatdan çox olmamaq şərtilə) müvafiq
məhkəmələrin aparatlarının
işçilərinin sosial
müdafiəsini gücləndirmək
və maddi təminatını yaxşılaşdırmaq
məqsədilə müvafiq
olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin,
apellyasiya instansiyası
məhkəmələrinin və müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) xəzinə hesablarına köçürülür,
qalan hissəsi isə dövlət büdcəsinə ödənilir.”;
1.3.3. aşağıdakı məzmunda 4.1-6-cı maddə
əlavə edilsin:
“4.1-6. Bu Qanunun 4.1-ci və 4.1-1 –
4.1-5-ci maddələrində nəzərdə tutulan vəsaitlərdən istifadə
qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”;
1.4. 8-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“Maddə 8. Məhkəməyə
iddia ərizəsinin,
digər ərizənin
və ya şikayətin verilməsinə,
məhkəmə aktının
surətinin təkrar verilməsinə görə
dövlət rüsumunun
dərəcələri
Dövlət rüsumu tutulmalı
olan
hərəkətlər
Dövlət rüsumunun məbləği
8.1 Qiymətləndirilən iddia
ərizəsinin verilməsinə
görə:
8.1.1 iddia qiyməti
1.000 manatadək olduqda
30 manat
8.1.2. iddia qiyməti
1.000 manatdan 10.000 manatadək
olduqda
30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
8.1.3. iddia qiyməti
10.000 manatdan 100.000 manatadək
olduqda
120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi
8.1.4. iddia qiyməti
100.000 manatdan 1.000.000 manatadək
olduqda
390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi
8.1.5. iddia qiyməti
1.000.000 manatdan çox
olduqda
1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər
bir halda 50.000 manatdan çox olmamaqla)
8.1.6. Fiziki şəxs tərəfindən mülkiyyətində,
istifadəsində (icarəsində)
olan yaşayış
evi, mənzil, həyətyanı sahənin
torpağı, o cümlədən
bağ sahəsi ilə bağlı ərizənin verilməsinə,
habelə fiziki şəxs tərəfindən
istifadəsində (icarəsində)
olan kənd təsərrüfatı təyinatlı
torpaqla bağlı ərizənin verilməsinə
görə
100 manat
8.2. Qiymətləndirilməyən iddia
ərizəsinin, məhkəmə
əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin
verilməsinə görə
100 manat
8.3. İddia predmetinə dair müstəqil tələb irəli sürən üçüncü
şəxsin işə
qoşulması barədə
ərizənin verilməsinə
görə
bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən
edilmiş dövlət
rüsumu
8.4. Müvəqqəti təminat
tədbiri barədə
ərizənin verilməsinə
görə
bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən
edilmiş dövlət
rüsumunun 10 faizi (hər bir halda
10 manatdan az olmamaqla)
8.5. İş üzrə icraata xitam verilməsi,
iddianın baxılmamış
saxlanılması və
məhkəmə cərimələrinin
qoyulması, müvəqqəti
təminat tədbirinin
tətbiqi və ya bundan imtina
barədə qərardaddan
şikayət verilməsinə
görə
50 manat
8.6. Apellyasiya, kassasiya və ya əlavə
kassasiya şikayətinin,
qanuni qüvvəyə
minmiş məhkəmə
aktlarına yeni açılmış hallar
üzrə yenidən
baxılması üçün
ərizənin verilməsinə
görə
bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində
müəyyən edilmiş
dövlət rüsumunun
50 faizi
8.7. Məhkəmə aktının
surətinin təkrarən
verilməsinə görə
10 manat və 10-cu səhifədən yuxarı
hər səhifəyə
görə 0,2 manat
1.5. 9-cu maddə
üzrə:
1.5.1. maddənin adı
aşağıdakı redaksiyada
verilsin:
“Maddə 9. Məhkəməyə
iddia ərizəsinin,
digər ərizənin
və ya şikayətin verilməsinə,
məhkəmə aktının
surətinin təkrar verilməsinə görə
dövlət rüsumunun
ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri”;
1.5.2.
9.1.8-ci maddə aşağıdakı
redaksiyada verilsin:
“9.1.8. itirilmiş məhkəmə
icraatının və
ya icra üzrə
icraatın bərpa edilməsi barədə verilən ərizə üzrə - tərəflər;”;
1.5.3.
9.1.9 – 9.1.11-ci, 9.1.15-ci və 9.1.19-cu maddələr ləğv
edilsin;
1.5.4.
9.1.12-ci maddədə “vətəndaş,
inzibati orqanlar və vəzifəli şəxslər” sözləri
“tərəflər” sözü
ilə əvəz edilsin;
1.5.5.
9.1.13-cü maddə aşağıdakı
redaksiyada verilsin:
“9.1.13. təhqiqat, ibtidai
istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində
fiziki şəxsə
vurulmuş ziyanın ödənilməsi haqqında
mübahisələr üzrə
- tərəflər;”;
1.5.6. 9.1.17-ci maddədə “məhkəmə” sözü “iş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələrinin qoyulması və müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərardadlar istisna olmaqla, digər məhkəmə” sözləri ilə əvəz edilsin;
1.6. aşağıdakı məzmunda 33-7-ci maddə əlavə edilsin:
“Maddə 33-7. Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcəsi
Dövlət rüsumu tutulmalı olan hərəkətlər
Dövlət rüsumunun məbləği
Özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsi
100 manat
Maddə 2. Keçid müddəaları
2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.
2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, habelə şikayətlərə görə ödənilən dövlət rüsumlarına şamil edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 9 iyul
2021-ci il
Azərbaycan.-2021.- 23 iyul.- S.11.