“Dövlət
rüsumu haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə” Azərbaycan Respublikasının
2021-ci il 9 iyul tarixli 364-VIQD nömrəli Qanununun
tətbiqi və “Dövlət rüsumu
haqqında” Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli
Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 9 iyul tarixli 364-VIQD nömrəli
Qanununun 2021-ci il oktyabrın 1-dən tətbiqini
təmin etmək məqsədilə qərara
alıram:
1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2001, ¹ 12, maddə
767; 2006, ¹ 12, maddə 1057; 2008, ¹ 9, maddə 798; 2012, ¹ 6, maddə
547, ¹ 12, maddə 1271; 2013, ¹ 11, maddə 1327, ¹ 12, maddə
1510; 2014, ¹ 4, maddə 360; 2016, ¹ 1, maddə 43, ¹ 5, maddə
883, ¹ 9, maddə 1463, ¹ 11, maddə
1807; 2017, ¹ 3, maddə 370, ¹ 5, maddə 757, ¹ 7, maddə
1377, ¹ 10, maddə 1804, ¹ 12 (I kitab), maddə 2293; 2018, ¹
7 (I kitab), maddə
1489; ¹ 12 (I kitab), maddə
2552; 2019, ¹ 1, maddə 95, ¹ 6, maddə 1044, ¹ 7, maddə
1248, ¹ 11, maddə 1699; 2020, ¹ 5, maddə 561) 2-ci hissəsində
aşağıdakı dəyişikliklər
edilsin:
1.1. 2.1-ci bəndə
“4.1-5-ci,” sözlərindən
sonra “4.1-6-cı,” sözləri
əlavə edilsin;
1.2. 2.1-1-ci bənddə
“4.1-5-ci” sözləri “4.1-6-cı” sözləri ilə əvəz edilsin və həmin bəndə “stansiyalarına”
sözündən sonra
“, 4.1-5-ci maddəsində məhkəmə
aparatlarının işçilərinə”
sözləri əlavə
edilsin;
1.3. aşağıdakı məzmunda 2.1-16-cı bənd
əlavə edilsin:
“2.1-16. həmin Qanunun 4.1-5-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
nəzərdə tutulur.”.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabineti:
2.1. “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikası
Qanununun 4.1-5-ci maddəsinə
əsasən məhkəmələrin
aparatlarının işçilərinin
sosial müdafiəsini
gücləndirmək və
maddi təminatını
yaxşılaşdırmaq məqsədilə köçürülən
vəsaitdən istifadə
qaydasını iki ay müddətində Azərbaycan
Respublikasının Prezidenti
ilə razılaşdırmaqla
təsdiq etsin;
2.2. “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 9 iyul tarixli 364-VIQD nömrəli
Qanunundan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 iyul
2021-ci il
Azərbaycan $g 2021.- 23 iyul.- S.11.