Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
2 nömrəli Əlavə -
“Azərbaycan Respublikasında dövlət
qulluqçularının aylıq vəzifə
maaşları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1268 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1104, ¹ 7, maddə 1250, ¹ 8, maddə 1440; 2020, ¹ 4, maddə 468, ¹ 6, maddə 754; 2021, ¹ 2, maddə 151) ilə təsdiq edilmiş 2 nömrəli Əlavə - “Azərbaycan Respublikasında dövlət qulluqçularının aylıq vəzifə maaşları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4.4-cü yarımbəndə üçüncü halda “sektor müdiri” sözlərindən sonra “, baş mühasib” sözləri əlavə edilsin.
2. 1.5.3-cü yarımbənd ləğv edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.-
24 iyul.- S.1.