T.T.Tağızadənin Azərbaycan
Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya
Respublikasında və Danimarka
Krallığında fövqəladə və səlahiyyətli
səfiri vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Tahir Tofiq oğlu Tağızadə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya Respublikasında, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2021-ci il
Azərbaycan.-2021.-
24 iyul.- S.2.