Q.M.İsrafilovun
Azərbaycan Respublikasının
BMT-nin Vyana şəhərindəki
bölməsində, Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı,
Nüvə Enerjisi üzrə Beynəlxalq
Agentliyi və Nüvə
Sınaqlarının Tamamilə Qadağan
Olunması üzrə
Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən
geri çağırılması
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Qalib Malik oğlu İsrafilov Azərbaycan Respublikasının BMT-nin Vyana şəhərindəki bölməsində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, BMT-nin Sənaye İnkişafı Təşkilatı, Nüvə Enerjisi üzrə Beynəlxalq Agentliyi və Nüvə Sınaqlarının Tamamilə Qadağan Olunması üzrə Müqavilə Təşkilatı yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2021-ci il
Azərbaycan.-2021.-
24 iyul.- S.2.