“Əlilliyi olan
şəxslərin hüquqları haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
1-ci bəndini rəhbər
tutaraq qərara alır:
“Əlilliyi olan şəxslərin hüquqları
haqqında” Azərbaycan
Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2018, ¹ 7 (I kitab), maddə
1386; 2019, ¹ 3, maddə 381, ¹ 5, maddə 797, ¹ 8, maddə
1382; 2020, ¹ 7, maddə 831, ¹ 11, maddə 1335; Azərbaycan Respublikasının 2021-ci il
4 may tarixli 312-VIQD nömrəli
Qanunu) aşağıdakı
məzmunda 3.3-1-ci maddə
əlavə edilsin:
“3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi
nəticəsində şəxsin
əlilliyi yenidən müəyyən edildikdə,
şəxs ötürülmüş
müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 iyul
2021-ci il
Azərbaycan.-2021.-
24 iyul.- S.2.