İlham Əliyevin quruculuq missiyası davam edir

 

Ölkənin qərb bölgəsinə növbəti səfəri zamanı dövlət başçısı yeni layihələrin açılışını etdi

 

 

 

Prezident İlham Əliyev ənənəsinə sadiq qalaraq bu il iyulun 22-də ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində də bir sıra yeni  istehsalsosialyönümlü  obyektlərin açılışında iştirak etdi.

 

Dövlət başçısı Gəncə şəhərinə gələrək, ilk növbədə, Ermənistanın əhaliyə və enerji infrastrukturuna raket hücumları ilə cinayət törətdiyi ərazidə oldu. Erməni faşistlərinin qətlə yetirdiyi günahsız insanların  xatirəsinə ehtiram əlaməti olaraq  dağılıb yerləyeksan edilmiş  yaşayış binalarının ətrafına gül düzdü.

 

Prezident həmin gün Naftalan Mərkəzi Sanatoriyasının, eləcə də bu şəhərdə istifadəyə verilən 200 yerlik körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib. Daşkəsən rayonuna səfəri çərçivəsində isə dövlət başçısı “AzerGoldQSC-ninÇovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olub. Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak edib.  Goranboy rayonunda, eləcə də Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun, Olimpiya İdman Kompleksinin açılışını  edib. Bunların hər biri özünəməxsus sosial-iqtisadi əhəmiyyət daşıyan obyektdirPrezidentimizin  quruculuq missiyasının davam etdiyini təsdiqləyir.

 

Bir daha göstərir ki, Azərbaycan təkcə erməni vandallarının dağıtdıqlarını yenidən qurmaqla kifayətlənmir, digər bölgələrimizdə iqtisadisosial infrastruktur layihələri həyata keçirməyə də  iradəmiz və maddi gücümüz var!

 

Xatırladaq ki, Naftalan şəhərinin əsasını sanatoriya-kurort infrastrukturu təşkil edir. Müasir əsaslarla yeni kurortların yaradılması şəhərin turizm potensialını daha da genişləndirir. Naftalan Mərkəzi Sanatoriyasının açılışı bunu bir daha sübut edir. Ümumiyyətlə, son illər Naftalan şəhərində müasir tələblərə cavab verən 10-dan çox istirahət və sağlamlıq mərkəzi istifadəyə verilib. Hazırda fəaliyyət göstərən müəssisələr gün ərzində 3000-ə yaxın turist qəbul etmə imkanına malikdir. 2021-ci ildə daha 4 sanatoriya kompleksinin açılışı nəzərdə tutulur.  Şəhər infrastrukturunun yenilənməsi, yeni sağlamlıq-istirahət mərkəzlərinin istifadəyə verilməsi yerlixarici turistlərin Naftalana olan marağını postpandemiya dövründə daha da artıracaq.

 

Naftalan şəhərində 200 yerlik körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi isə son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də bir çox uşaq təhsil-tərbiyə müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparıldığına, yenilərinin tikildiyinə daha bir nümunədir.

 

Goranboyda Olimpiya İdman Kompleksinin istifadəyə verilməsi     dövlətin insanlara qayğısından, onların rifahını və sağlamlığını daim diqqətdə saxlamasından irəli gəlir. Belə ki, uzun illərdir ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alıb.  Onlarca Olimpiya İdman Kompleksi tikilib. Bu  da idmana marağı artırıb, gənclərin asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar açıb. Goranboyda istifadəyə verilən Olimpiya İdman Kompleksi  bu qəbildən icra olunan layihələr sırasında xüsusi yer tutur.

 

Goranboy rayonunda ümumi uzunluğu 38 kilometr olan Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolu da dövlət başçısının müvafiq sərəncamlarına əsasən tikilib. Bu məqsədlə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsini yaxşılaşdırır. Bu cür yolların müasir səviyyədə inşası isə əhalinin rahatlığını təmin edən əsas sosial amildir.

 

İyulun 22-də Daşkəsən şəhərində yenidən qurulan su təchizatı və kanalizasiya sistemləri istismara daxil oldu. Daşkəsən rayonundaAzerGoldQSC-ninÇovdar” İnteqrəolunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olandan sonra Prezident İlham Əliyev Azərbaycan televiziyasına müsahibə verdi. Daşkəsəndə yeni qızıl yatağının istifadəyə verilməsinin  önəmli hadisə olduğunu qeyd etdi: “Qeyri-neft sektorunun inkişafı üçün bu sahə xüsusi perspektivlərə malikdir. Dağ-mədən sahəsi bizim qeyri-neft sektorumuzda aparıcı sahəyə çevrilir və perspektivlər də çox gözəldir. Bu gün həm açılışını qeyd etdik, eyni zamanda, bundan sonra görüləcək işlərlə bağlı təqdimat oldu. Təkcə qızıl yox, digər qiymətli metalların hasilatı Azərbaycanda bundan sonra daha geniş miqyasda öz həllini tapacaq. Bununla paralel olaraq, Daşkəsənin ənənəvi sahəsi olan dəmir filizi yataqlarının işlənilməsi ilə bağlı konkret planlar var. Bir müddət bundan əvvəl mənim göstərişimlə xüsusi proqram tərtib edilmişdir, dövlət investisiya resursları cəlb olunmuşdur. Bu sahə çox böyük gəlir gətirən sahə olacaq. Eyni zamanda minlərlə yeri yaradılacaq və idxaldan asılılıq azalacaq”.

 

 Müsahibədə Prezident cari  ilin ilk altı ayının sosial-iqtisadi yekunlarını müsbət qiymətləndirdiyini də bildirdi. Belə ki, yarım illik  yekunlar artıq Azərbaycan iqtisadiyyatının  tənəzzüldən çıxdığını göstərir. Dövlət başçısı ilin əvvəlində iqtisadi tənəzzülün daha böyük rəqəmlərlə ölçüldüyünü,  hər ay onun azaldığını və  may ayının yekunlarına görə  iqtisadi inkişafa nail olunduğunu bildirərək dedi: “Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür”.

 

İnflyasiya məqbul hesab edilən rəqəmlər ətrafındadır. Valyuta ehtiyatlarımız artıb. Genişmiqyaslı quruculuq işləri apardığımıza, Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa etdiyimizə baxmayaraq, valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə  müraciət etməmişik. Bu da resurslarımızı göstərir.  Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir  rast gəlinən haldır.

 

Daha bir müsbət rəqəm ixracla bağlıdır. Belə ki, ixrac 15 faiz artıb. 6 ayda xarici ticarətin müsbət saldosu 3,4 milyard dollar təşkil edib. Qeyd edək ki, dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni onlar   ixrac etdiklərindən çox  idxal edirlər.

 

Prezident işğaldan azad olunmuş ərazilərimizdə gedən bərpa quruculuq işlərindən danışmış, Qarabağı Şərqi Zəngəzuru cənnətə çevirəcəyimizi bir daha bəyan etmişdir.

 

İstər işğaldan azad olunmuş ərazilərimizə, istərsə digər bölgələrimizə   Prezidentin hər səfəri böyük önəm daşıyır. Çünki hər səfər, dövlət başçısının özünün dediyi kimi, verilən tapşırıqların necə yerinə yetirildiyinə bir baxış, yeni-yeni  müəssisələrin açılışı,  infrastrukturun təqdimatı deməkdir.

 

 

 

Flora SADIQLI,

Azərbaycan.-2021.- 24 iyul.- S.1;5.