Ermənistanı yeni xaos gözləyir

 

 

20 iyun seçkilərindən sonra Ermənistanda iqtidar və müxalifət arasında mövcud qarşıdurmanın daha da kəskinləşəcəyinə dair verilən proqnozlar özünü doğrultmaqda davam edir, xüsusən də hakimiyyətin rəqiblərini gücinzibati yolla sıradan çıxarması fonunda.

 

Təsadüfi deyil ki, ölkəsindəki baş verənləri şərh edən erməni hüquq müdafiəçisi Larisa Alaverdyan vəziyyətin təhlükəli həddə çatdığını bildirir: “Biz dövlət səviyyəsində psixoloji terrorla üz-üzəyik. Hazırda ölkəmizdə baş verən hadisələr yalnız insan hüquqlarının pozulması deyil, həmin hüquqlara tamamilə zidd olan siyasətin adiləşməsidir”.

 

Alaverdyan qeyd edir ki, beynəlxalq ictimaiyyət Ermənistanda baş verən pozuntulara göz yummamalı, lazımi reaksiya verməlidir: “İndi gözlənilir ki, Ermənistanın baş nazir səlahiyyətlərini icra edən, Vətəndaş Razılaşması Partiyasının sədri Nikol Paşinyan əsas təhlükə hesab etdiyi “Ermənistan” seçki blokunun sədri Robert Koçaryanı inzibati yolla sıradan çıxarmağa çalışacaq”, - deyə hüquq müdafiəçisi qeyd edir.

 

Bu yerdə bildirək ki, Nikol Paşinyan  Robert Koçaryan deputat mandatlarından imtina ediblər. Paşinyan yenidən baş nazir seçiləcəyi üçün deputat mandatını götürməyib. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan isə icra strukturunda işləməyə adət etdiyini bildirərək parlament üzvlüyündən imtina edib. Keçmiş prezident bununla belə, müxalifətdə qalıb mübarizəsini davam etdirəcəyini vurğulayıb. Amma Robert Koçaryanın mandatdan imtina etməsi onun deputat toxunulmazlığının olmayacağı anlamına gəlir ki, bu da onun yenidən həbsi üçün əlavə imkanlar yaradır.

 

Belə bir vaxtda  Nikol Paşinyan nifrət və təhqir ritorikasından imtina etməyə hazır olduğunu açıqlayıb: “Ermənistanda erkən seçkilərin demokratik meyarlara uyğun keçirildiyi və seçkilərin son nəticələrinin Ermənistan xalqının iradəsini əks etdirdiyi qəbul olunur.

 

8-ci çağırış parlamenti 107 deputatdan ibarət olacaq ki, onlardan 71 mandat Vətəndaş Razılaşması Partiyası, 29 mandat “Ermənistan” bloku və 7 mandat “Şərəfim varblokuna məxsus olacaq. Böhran şəraitində azad və rəqabətli seçkilərin keçirilməsi münasibətilə hər kəsi bir daha təbrik edirəm. “Ermənistan” və “Şərəfim var” bloklarını parlamentə gəlişi münasibətilə təbrik edirəm.  Qeyd etmək istərdim ki, əvvəllər seçkilərdən sonra daxili siyasi böhran praktikasına alışdığımıza baxmayaraq, Ermənistan tarixində ilk dəfə seçkilər daxili siyasi böhrandan çıxmağın bir yolu oldu.  Ermənistan Konstitusiya Məhkəməsinin seçkilərlə bağlı qəbul edilmiş qərarında nifrət ritorikası ilə bağlı bir neçə mühüm məqama yer verilib. Hər kəsin diqqətini bu qiymətləndirmənin yalnız seçkiqabağı kampaniyaya deyil, ümumiyyətlə, siyasi ritorikaya aid olduğuna yönəltmək istəyirəm. Qalib gələn siyasi partiyanın liderixalq tərəfindən seçilən baş nazir olaraq demək istəyirəm ki, parlamentdəki və xaricindəki qüvvələrlə işbirliyi qurmaq, nifrət ritorikasına son qoymaq istəyirəm. Xalq qarşısında borcumuzu yerinə yetirməyə və işbirliyinə hazırıq, həm parlament, həm də parlament xaricindəki qüvvələrlə dialoqda nifrət və təhqir ritorikasını rədd edirik”.

 

Lakin erməni mediası yazır ki, Paşinyan yenə yalan danışır. O, hakimiyyətini möhkəmləndirmək üçün keçmiş iqtidar təmsilçilərini həbs etdirərək məqsədinə nail olmaq niyyətindədir.  Bunun ən real təsdiqlərindən biri Robert Koçaryanın   Serj Sarkisyanın yenidən həbs təhlükəsi ilə üzləşməsidir. Ermənistanda nəşr olunan “Past” qəzeti yazır ki, Paşinyanın addımları ölkəni  yeni qarşıdurmaya aparır. Erməni ekspert  Karine Arutyunyan da bu fonda ölkəsinin aciz duruma düşməsi hakimiyyətin savadsızlığından gileylənib: “ qədər ki, mövcud hökumətin diplomatiyası olmayacaq, Ermənistanda hazırda baş verən proseslər davam edəcək. Sərhədlərdə oğlanlarımız ya öləcəklər, ya da xəstəxanalara düşəcəklər. Bir gün minlərlə azərbaycanlının Yerevandakı restoranlarda necə əyləndiklərini görəcəyik, yaxud da gölümüzdə balıq ovlamalarını... Sülh bölgəmiz, xalqımız üçün çox lazımdır. Amma təəssüf ki, bu hökumət müharibədən əvvəl barışı inkar etdi indi diplomatiyasını düşmənə qarşı ittihamlar, təhdidlər beynəlxalq birliyin çiyinlərində durmaqla göz yaşları üzərində qurur. Bu hökumətin heç bir diplomatiyası yoxdur. Hökumət ordusunu əzir, yüksəksəviyyəli mütəxəssisləri ordu sıralarından təcrid onları daha az bacarıqları olan başqaları ilə əvəz edir.  Bu meymunlara səs verən seçicilərin 54 faizi düşündü? İndi ölkədə yeni repressiyalar başlanacaq”.

 

Erməni ekspertlərin fikrincə, Ermənistan vətəndaşları sabaha ümidsiz baxırlar. Bu isə o deməkdir ki, ölkəni yeni xaos gözləyir.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2021.- 24 iyul.- S.1;6.