Qarabağordeni şəhidin anım günündə ailəsinə təqdim olunmuşdur

 

 

1979-cu ildə Tovuz rayonunun Bayramlı kəndində anadan olmuş Mehman Yusifov 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olmuş və 2002-ci ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdir.

2016-cı ilin Aprel döyüşlərində iştirak etmiş Mehman 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan Vətən müharibəsində Cəbrayıl döyüşləri zamanı qəhrəmancasına şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə, qəhrəmanlıq nümunəsinə, şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə  Prezidentin sərəncamları ilə baş gizir Mehman Yusifov  Qarabağordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.  Anadan olmasının 42-ci ildönümü ilə əlaqədar bu günlər keçirilən anım mərasimində “Qarabağordeni şəhidin ailəsinə təqdim olunmuşdur.

Qeyd edək ki, şəhidin 3 övladı - 2 oğlu və qızı var.

 

 Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 24 iyul.- S.8.