“Əmək
pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”
Azərbaycan Respublikasının 2021-ci il
2 iyul tarixli 355-VIQD
nömrəli Qanununun tətbiqi və
“Əmək pensiyaları haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə”
Azərbaycan Respublikasının
2021-ci il 2 iyul tarixli 355-VIQD nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiqini təmin etmək məqsədilə
qərara alıram:
1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2006-cı il
6 mart tarixli 377 nömrəli
Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, ¹ 3, maddə
228; 2009, ¹ 11, maddə
883; 2013, ¹ 6, maddə 631; 2016, ¹ 9, maddə 1467; 2017, ¹ 5, maddə
756; 2018, ¹ 2, maddə 185, ¹ 12 (I kitab), maddə 2580; 2019, ¹
2, maddə 231, ¹ 4, maddə
653, ¹ 7, maddə 1220, ¹ 8, maddə
1390) 2.3-cü bəndində “, 32.2-ci və 41.1-ci” sözləri
“və 32.2-ci” sözləri
ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2021-ci il
2 iyul tarixli 355-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 25 iyul.- S.3.