“Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında   ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 30 mart tarixli 2070 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 296; 2009, ¹ 1, maddə 17, ¹ 9, maddə 720; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 100; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2017, ¹ 11, maddə 2067) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:

 

 

 

Komissiyanın sədri

 

 

 

Azərbaycan Respublikasının energetika naziri

 

 

 

Komissiyanın üzvləri

 

 

 

Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini

 

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

 

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

 

Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

 

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

 

Azərbaycan Respublikası təhsil nazirinin müavini

 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini

 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini

 

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti

 

Azərbaycan Hava YollarıQapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti

 

Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə səlahiyyətli səfiri .”.

 

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikası Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinə bu Sərəncamın 1-ci hissəsi ilə edilmiş dəyişikliklər barədə Qazaxıstan Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.

 

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 iyul 2021-ci il

Azərbaycan.-2021.- 25 iyul.- S.3.