“Azərbaycan
Respublikası ilə Rusiya
Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə
əməkdaşlıq üzrə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin
təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2283 nömrəli
Sərəncamında dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 2283 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 7, maddə 719; 2012, ¹ 2, maddə 124; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikasının energetika
naziri
Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri
Azərbaycan Respublikasının səhiyyə
naziri
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Turizm
Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi
“Azərbaycan Televiziya və Radio Verilişləri”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Azərenerji” Açıq
Səhmdar Cəmiyyətinin
prezidenti
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının
Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası
arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə hökumətlərarası
komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibinə bu Sərəncamın 1-ci hissəsi
ilə edilmiş dəyişikliklər barədə
Rusiya Federasiyasının
Dağıstan Respublikası
tərəfinə müvafiq
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 25 iyul.- S.3.