“Azərbaycan
Respublikası ilə Türkmənistan Respublikası
arasında iqtisadi və humanitar
sahələrdə əməkdaşlıq üzrə birgə
hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli
2236 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 20 iyun tarixli 2236 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 6, maddə 650; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 121; 2014, ¹ 2, maddə 112, ¹ 4, maddə 391, ¹ 6, maddə 644; 2015, ¹ 7, maddə 852; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 1, maddə 79, ¹ 8, maddə 1677) aşağıdakı dəyişikliklər edilsin:
1.1. adından “Respublikası” sözü çıxarılsın;
1.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikası ilə Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən aşağıdakı tərkibi təsdiq edilsin:
Komissiyanın həmsədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sədri
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin
Baş direktoru
Azərbaycan Respublikasının Türkmənistanda
fövqəladə və
səlahiyyətli səfiri
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının
Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası ilə Türkmənistan arasında
iqtisadi və humanitar sahələrdə
əməkdaşlıq üzrə
birgə hökumətlərarası
komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibinə bu Sərəncamın 1-ci hissəsi
ilə edilmiş dəyişikliklər barədə
Türkmənistan tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 25 iyul.- S.3.