“Azərbaycan
Respublikası ilə Özbəkistan Respublikası arasında
əməkdaşlıq üzrə Birgə hökumətlərarası
komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 noyabr tarixli 2505 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1148; 2009, № 6, maddə 424; 2014, № 2, maddə 112, № 6, maddə 644, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2017, № 8, maddə 1521, № 11, maddə 2107) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Azərbaycan Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin prezidenti
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin
sədri
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin
Baş direktoru
Azərbaycan Respublikasının Özbəkistan
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının
Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası
arasında əməkdaşlıq
üzrə Birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibinə
bu Sərəncamın
1-ci hissəsi ilə edilmiş dəyişikliklər
barədə Özbəkistan
Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 25 iyul.- S.3.