“Azərbaycan
Respublikası ilə Rusiya
Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi,
elmi-texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 avqust tarixli 977 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 8, maddə 770; 2007, ¹ 11, maddə 1134; 2009, ¹ 6, maddə 424, ¹ 7, maddə 589; 2010, ¹ 6, maddə 501; 2012, ¹ 2, maddə 128; 2014, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət
nazirinin müavini
Azərbaycan Respublikası gənclər
və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Rusiya
Federasiyasında fövqəladə
və səlahiyyətli
səfiri
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti
“Azneftkimyamaş” Açıq
Səhmdar Cəmiyyətinin
sədri
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının
Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası
ilə Rusiya Federasiyasının Tatarıstan
Respublikası arasında
ticarət-iqtisadi, elmi-
texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Hökumətlərarası Komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibinə
bu Sərəncamın
1-ci hissəsi ilə edilmiş dəyişikliklər
barədə Rusiya Federasiyasının Tatarıstan
Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 25 iyul.- S.3.