C.Ə.Axundovun Azərbaycan
Respublikasının Latviya
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
vəzifəsindən geri
çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Cavanşir Əşrəf oğlu Axundov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2021-ci il
Azərbaycan.-2021.- 27 iyul.- S.2.