E.E.Süleymanovun
Azərbaycan Respublikasının Amerika
Birləşmiş Ştatlarında fövqəladə və
səlahiyyətli səfiri və Azərbaycan
Respublikasının Amerika Dövlətləri
Təşkilatı yanında daimi
müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elin Emin oğlu Süleymanov Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Amerika Dövlətləri Təşkilatı yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
26 iyul 2021-ci il
Azərbaycan.-2021.-
27 iyul.- S.2.