“Torpaq bazarı haqqında”, “Beynəlxalq xüsusi hüquq
haqqında”, “Dövlət satınalmaları haqqında”, “Xüsusi iqtisadi zonalar haqqında”, “Ölçmələrin vəhdətinin
təmin edilməsi haqqında” və “Uyğunluğun
qiymətləndirilməsi sahəsində akkreditasiya
haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli
Məclisi Azərbaycan
Respublikası Konstitusiyasının
94-cü maddəsinin I hissəsinin
10-cu bəndini rəhbər
tutaraq, “Ələt azad iqtisadi zonası
haqqında” Azərbaycan
Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹ 7, maddə
390; 2002, ¹ 5, maddə 241; 2003, ¹ 1, maddələr 11, 13; 2006, ¹ 6, maddə
478, ¹ 8, maddə 657; 2007, ¹ 1, maddə 3, ¹ 6, maddə
571; 2008, ¹ 5, maddə 348, ¹ 12, maddə 1048; 2012, ¹ 6, maddə
504; 2014, ¹ 3, maddə 235; 2015, ¹ 3, maddə 245, ¹ 10, maddə
1096; 2018, ¹ 11, maddə 2206; 2020, ¹ 7, maddə 827, ¹ 12 (I kitab), maddə 1423) 2-ci maddəsinə
aşağıdakı məzmunda
üçüncü hissə
əlavə edilsin:
“Ələt azad iqtisadi zonasında torpaq bazarının təşkilinin və torpaq bazarında iqtisadi və hüquqi məsələlərin
tənzimlənməsi sahəsində
münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 2. “Beynəlxalq
xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 10, maddə 708) aşağıdakı
məzmunda 1.6-cı maddə
əlavə edilsin:
“1.6. Ələt azad iqtisadi zonasında xarici elementli mülki hüquq münasibətlərinə tətbiq
olunmalı hüquq normalarının müəyyən
edilməsi sahəsində
münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 3. “Dövlət
satınalmaları haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2002, ¹ 1, maddə
11, ¹ 12, maddə 706; 2005, ¹ 12, maddə 1083; 2006, ¹ 12, maddə
1005; 2010, ¹ 3, maddə 173, ¹ 4, maddə 276; 2016, ¹ 2 (I kitab),
maddə 205, ¹ 4, maddə
628; 2017, ¹ 5, maddə 699; 2018, ¹ 12 (I kitab), maddə 2523; 2019, ¹
7, maddə 1208, ¹ 8, maddə
1372; 2020, ¹ 5, maddə 525; Azərbaycan
Respublikasının 2021-ci il
27 may tarixli 330-VIQD nömrəli
Qanunu) aşağıdakı
məzmunda 1.5-ci maddə
əlavə edilsin:
“1.5. Bu Qanunun müddəaları
Ələt azad iqtisadi zonasının fəaliyyəti çərçivəsində
malların (işlərin
və xidmətlərin)
satın alınmasına
şamil edilmir və bu sahədə
münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 4. “Xüsusi
iqtisadi zonalar haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2009, ¹ 6, maddə 396; 2013, ¹ 2, maddə 92) aşağıdakı
məzmunda 3.3-cü maddə
əlavə edilsin:
“3.3. Bu Qanunun müddəaları
Ələt azad iqtisadi zonasına şamil edilmir, həmin zonanın yaradılması və idarə edilməsi ilə bağlı hüquqi və iqtisadi münasibətlər,
həmin zonada sahibkarlıq fəaliyyətinin
təşkili qaydaları
“Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun
olaraq tənzimlənir.”.
Maddə 5. “Ölçmələrin
vəhdətinin təmin
edilməsi haqqında”
Azərbaycan Respublikası
Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 7, maddə
778; 2014, ¹ 10, maddə 1163; 2017, ¹ 6, maddə 1027, ¹ 7, maddə
1257, ¹ 12 (I kitab), maddə
2198; 2018, ¹ 4, maddə 638) 3-cü maddəsinin
mətni 3.1-ci maddə
hesab edilsin və aşağıdakı
məzmunda 3.2-ci maddə
əlavə edilsin:
“3.2. Ələt
azad iqtisadi zonasında ölçmələrin
vəhdətinin təmin
edilməsi sahəsində
münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
Maddə 6. “Uyğunluğun
qiymətləndirilməsi sahəsində
akkreditasiya haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014, ¹ 7, maddə
758; 2015, ¹ 11, maddə 1265; 2018, ¹ 4, maddə 637) aşağıdakı
məzmunda 2.4-cü maddə
əlavə edilsin:
“2.4. Ələt azad iqtisadi zonasında uyğunluğun qiymətləndirilməsi
sahəsində fəaliyyət
göstərən qurumların
akkreditasiyası sahəsində
münasibətlər “Ələt
azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası
Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.”.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 iyul
2021-ci il
Azərbaycan.-2021.- 27 iyul.- S.2.