Azərbaycan
Respublikası İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin - AZPROMO-nun
fəaliyyətinin təmin edilməsi və “İxracın və
investisiyaların təşviqi sahəsində idarəetmənin
daha da təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2018-ci il 28 dekabr tarixli 451
nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin - AZPROMO-nun Nizamnaməsi”
təsdiq edilsin (əlavə olunur).
2. “Azərbaycan Respublikasının
İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin - AZPROMO-nun Strukturu”
təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası İxracın
və İnvestisiyaların
Təşviqi Agentliyinin
- AZPROMO-nun (bundan sonra
- Agentlik) nizamnamə fondu 1 milyon manatdır və “Azərbaycan Respublikasının
2021-ci il dövlət
büdcəsi haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər
barədə” Azərbaycan
Respublikası Prezidentinin
2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.11.7.4-cü yarımbəndində nəzərdə
tutulan vəsaitin qalığı hesabına
formalaşır.
4. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
4.1. xarici dövlətlərin
investisiya təşviqi
qurumlarının maliyyələşdirilməsi
sahəsində mütərəqqi
təcrübəsi nəzərə
alınmaqla, Agentliyin fəaliyyətinin maliyyələşdirilməsi
mexanizmi ilə bağlı təkliflərini
üç ay müddətində
Azərbaycan Respublikasının
Prezidentinə təqdim
etsin;
4.2. Agentlik tərəfindən
ixracatçılara və
investorlara göstərilən
xidmətlərin siyahısını
bir ay müddətində
təsdiq edib Azərbaycan Respublikası
Prezidentinə məlumat
versin;
4.3. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
5. Azərbaycan Respublikasının
İqtisadiyyat Nazirliyi:
5.1. Agentliyin fəaliyyətinin
təşkili ilə bağlı tədbirlər
görsün;
5.2. Agentliyin əməyin ödənişi fondunu, işçilərinin say həddini
və əməkhaqlarının
(vəzifə maaşlarının,
vəzifə maaşına
əlavələrin, mükafatların
və digər ödənişlərin) məbləğini
bir ay müddətində
təsdiq etsin;
5.3. bu Fərmandan
irəli gələn digər məsələləri
həll etsin.
6. “İxracın və investisiyaların təşviqi sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 451 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2608) aşağıdakı dəyişikliklər edilsin:
6.1. 2.2-ci, 4.4-cü bəndlər və 6-cı hissə ləğv edilsin;
6.2. 2.3-cü bənddə “rəhbərliyi” sözü “ümumi rəhbərliyi və nəzarəti” sözləri ilə, “9” rəqəmi “7” rəqəmi ilə əvəz olunsun və həmin bəndə “göstərən” sözündən sonra “Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi” sözləri əlavə edilsin;
6.3. 2.4-cü bənddə “, kənd təsərrüfatı və vergilər” sözləri “və kənd təsərrüfatı” sözləri ilə əvəz edilsin və həmin bənddən “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin müavinindən,” sözləri çıxarılsın;
6.4. 3.1.1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“3.1.1. nizamnamənin təsdiq olunması və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;”;
6.5. aşağıdakı məzmunda 3.1.3-cü və 3.1.4-cü yarımbəndlər əlavə edilsin:
“3.1.3. Agentliyin strukturunun təsdiqi;
3.1.4. Agentliyin idarəetmə orqanlarının yaradılması və Müşahidə Şurasının üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”;
6.6. 5.1-ci bənddə “Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin” sözləri “tədbirlər görsün” sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
23 iyul 2021-ci il
Azərbaycan.-2021.- 27 iyul.- S.2.