“Azərbaycan
Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik
edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli
363-VIQD nömrəli Qanununun tətbiqi və
“Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə
məsələləri haqqında” Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 22 yanvar tarixli 265 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 19-cu və
32-ci bəndlərini rəhbər
tutaraq, “Azərbaycan Respublikasının Mülki
Prosessual Məcəlləsində
dəyişiklik edilməsi
haqqında” Azərbaycan
Respublikasının 2021-ci il
9 iyul tarixli 363-VIQD nömrəli
Qanununun 2021-ci il oktyabrın 1-dən tətbiqini
təmin etmək məqsədilə qərara
alıram:
1. “Azərbaycan Respublikasının
Mülki Prosessual Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə
minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 22
yanvar tarixli 265 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2000, ¹ 1, maddə 44; 2002, ¹ 8, maddə 478; 2006, ¹ 8, maddə
677, ¹ 12, maddə 1034; 2007, ¹ 3, maddə 226; 2009, ¹ 6, maddə
414; 2011, ¹ 11, maddə 1009; 2016, ¹ 3, maddə 471, ¹ 6, maddə
1045; 2017, ¹ 3, maddə 352, ¹ 4, maddə 551, ¹ 8, maddə
1517, ¹ 11, maddə 2261; 2019, ¹ 6, maddə 1030, ¹ 12, maddə
1931; 2020-ci il, ¹ 11, maddə
1358) 2-ci hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1.1. 2.1-ci bənddə “355-5.1-ci maddəsində” sözləri “150.2-ci və 355-5.1-ci maddələrində” sözləri ilə əvəz edilsin;
1.2. 2.4-cü bənddən “, 339.1-ci, 341-ci” sözləri çıxarılsın;
1.3. 2.11-ci bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 2.12-ci bənd əlavə edilsin:
“2.12. həmin Məcəllənin 150.2-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi nəzərdə tutulur.”.
2. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilsin ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanunu ilə həmin Məcəlləyə Ali Məhkəmədə işlərə baxılma qaydası ilə bağlı edilmiş dəyişiklikləri nəzərə alaraq və “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 604 nömrəli Fərmanında nəzərdə tutulmuş məqsədləri rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyətinin hüquqi, təşkilati və informasiya təminatını daha səmərəli şəkildə təşkil etmək üçün Ali Məhkəmənin Aparatının strukturunu yenidən müəyyən etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. mülki məhkəmə icraatında vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə onlara dövlət hesabına peşəkar hüquqi yardım göstərilməsi imkanlarının genişləndirilməsi ilə bağlı qanunvericilik aktlarında dəyişiklik edilməsinə dair təklifləri üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 363-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
16 iyul 2021-ci il
Azərbaycan.-2021.- 27 iyul.- S.4.