Azərbaycanla
Türkiyə arasında dostluq və qardaşlıq
münasibətləri bütün sahələrdə
uğurla inkişaf edir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 26-da
Türkiyənin Ədalət və İnkişaf Partiyası
sədrinin birinci müavini Numan Kurtulmuşun rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Dövlət başçıları arasında mütəmadi təmasların əlaqələrimizin genişlənməsində xüsusi rolu vurğulandı.
Söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Qeyd edildi ki, partiyalar arasında əlaqələr ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Eyni zamanda, ölkələrimizin müxtəlif qurumlarının nümayəndələrinin qarşılıqlı səfərlərinin əhəmiyyətinə toxunuldu.
Görüşdə əməkdaşlığın
perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı, ölkələrimiz
arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə
əminlik ifadə olundu.
Azərbaycan.-2021.- 27 iyul.- S.1.