Azərbaycanla
ilə Serbiya bir-birinin ərazi bütövlüyünü
qarşılıqlı şəkildə dəstəkləyir
İyulun
25-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Serbiya Respublikasının xarici işlər naziri
Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə
heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Serbiyanın xarici işlər naziri Nikola Selakoviç Serbiya Prezidenti Aleksandr Vuçiçin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev Serbiya Prezidentinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Aleksandr Vuçiçə çatdırmağı xahiş etdi.
Görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olundu, Bakıda keçiriləcək Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasının əməkdaşlığın genişlənməsi baxımından önəmi vurğulandı.
Söhbət zamanı Azərbaycanın və
Serbiyanın bir-birinin ərazi bütövlüyünü
qarşılıqlı şəkildə dəstəklədiyi
bildirildi. İqtisadi əməkdaşlıq
məsələləri müzakirə olundu.
Prezident İlham
Əliyev dedi ki, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa
və yenidənqurma işlərində dost
ölkələrin şirkətləri iştirak
edir. Bu baxımdan Serbiya şirkətlərinin gələcəkdə
bu işlərdə iştirakının mümkünlüyü bildirildi.
Azərbaycan.-2021.- 27 iyul.- S.1.