Azərbaycan, Türkiyə və Pakistan birliyinin təcəssümü

 

Prezident İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

AZƏRTAC xəbər verir ki, Pakistan Milli Assambleyasının sədri Pakistan İslam Respublikasının Prezidenti Arif AlvininBaş nazir İmran Xanın salamlarını Azərbaycan Prezidentinə çatdırdı.

 

Prezident İlham Əliyev Pakistan PrezidentininBaş nazirinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Arif Alviyə və İmran Xana çatdırmağı xahiş etdi.

 

Milli Assambleyanın sədri dövlətimizin başçısını 44 günlük Vətən müharibəsində qazanılan Qələbə münasibətilə təbrik edərək Pakistan xalqının bu Zəfəri Azərbaycan xalqı ilə birlikdə qeyd etdiyini dedi.

 

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin ölkəmizə səfərinin ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından önəmi qeyd edildi. Həmçinin Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşünün əhəmiyyəti vurğulandı, bu görüşün qardaş ölkələr arasında üçtərəfli tərəfdaşlığın inkişafı işinə xidmət etdiyi qeyd olundu, Pakistan və Azərbaycanın bütün məsələlərdə hər zaman bir-birini dəstəkləyən qardaş ölkələr olduğu bildirildi.

 

Görüşdə İkinci Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyinə görə minnətdarlıq ifadə edildi, müharibənin ilk günlərindən dost ölkənin rəhbərliyinin Azərbaycanı dəstəklədiyi və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı önəmli bəyanatlar verdiyi qeyd olundu.

 

Söhbət zamanı ölkələrimizin bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəklədikləri vurğulandı. Prezident İlham Əliyev Pakistana səfərini məmnunluqla xatırladaraq əməkdaşlığın müxtəlif sahələrdə daha da genişləndirilməsinin zəruriliyini qeyd etdi.

 

Görüşdə Pakistan Milli Assambleyasının sədrinin Şuşaya edəcəyi səfərin əhəmiyyətinə toxunuldubu, ölkələrimiz arasında münasibətlərin inkişafının bariz nümunəsi kimi dəyərləndirildi.

 

Söhbət zamanı ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişafı məmnunluqla qeyd edildi.

 

Azərbaycan.-2021.- 28 iyul.- S.1-2.