Azərbaycan-ABŞ
əməkdaşlığı daha geniş tərəfdaşlıq
formatına çevrilir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də
Amerika Birləşmiş Ştatlarının Oklahoma
ştatının qubernatoru Con Kevin Stittin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
edib.
AZƏRTAC
xəbər verir ki, görüşdə Amerika Birləşmiş
Ştatlarının Oklahoma ştatının qubernatoru Con
Kevin Stittin Azərbaycana səfərinin əhəmiyyətinə
toxunuldu. Azərbaycanla ABŞ arasında ikitərəfli
münasibətlərin uğurla inkişaf etdiyi bildirildi,
ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları, o
cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma
ştatı ilə əməkdaşlığından məmnunluq
ifadə olundu.
Con
Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın
həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” və
“ağıllı kənd” layihələri ilə yaxından
tanış olmağa imkan yaradacağına ümid etdiyini
bildirdi.
Oklahoma
Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə
Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi
və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq
formatına çevrildiyi vurğulandı.
Söhbət
zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı
sahəsində əməkdaşlıq məsələlərinə
toxunuldu, azərbaycanlı tələbələrin bu
ştatda kənd təsərrüfatı üzrə təhsil
aldıqları məmnunluqla qeyd edildi.
Görüşdə
əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Sonda
xatirə hədiyyələri təqdim olundu.
Azərbaycan.-2021.- 28 iyul.- S.1-2.