Yüksəliş və quruculuq nümunəsi

 

 

 

Vətən müharibəsini möhtəşəm qalibiyyətlə başa vuran Azərbaycan qədim tarixini yeni nailiyyətlərlə zənginləşdirdi. İndi Qarabağda infrastruktur layihələrin sürətlə həyata keçirilməsi ilə yanaşı, sosial-iqtisadi sferada da müsbət göstəricilər əldə olunmaqdadır. Prezident İlham Əliyevin bir neçə gün əvvəl  ölkəmizin qərb bölgəsinə səfəri və bu səfər zamanı Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi rəqəmlər bunu təsdiq edir.

 

Milli Məclisin deputatlarının bu barədə açıqlamalarını oxuculara təqdim edirik.

 

 

 

Son altı ayın sosial-iqtisadi göstəriciləri müsbət məqamlarla zəngindir

 

 

 

Adil ƏLİYEV:

 

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri:

 

- Prezident İlham Əliyevin bölgələrə ardıcıl səfərləri, hər səfərindən sonra həmin rayonların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi ölkəmizin regionlarının davamlı inkişafında mühüm rol oynayır. Təbii ki, bu səfərlər həm də regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında nəzərdə tutulan işlərin icrası ilə yerində tanış olmaq baxımından da mühüm əhəmiyyət kəsb edir.

 

Ölkəmizdə qeyri-neft sektorunun inkişafı baxımından regionların davamlı inkişafı xüsusi önəm daşıyır. Belə ki, regionların kənd təsərrüfatı, turizm, dağ-mədən sənayesi və digər sahələr üzrə potensialından daha da səmərəli istifadə olunması iqtisadiyyatımızın qeyri-neft sektorundan asılılığını minimuma endirməklə ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Prezident İlham Əliyevin Daşkəsənə, NaftalanaGoranboya səfəri çərçivəsində açılışını etdiyi obyektlər də ölkəmizdə bu istiqamətdə həyata keçirilən genişmiqyaslı siyasətin bariz göstəricisidir. Bu səfər zamanı Daşkəsəndə su təchizatı və kanalizasiya sistemlərinin, Goranboyda yeni yolun istismara verilməsi, Naftalanda körpələr evinin açılması sosial sahənin inkişafının daim dövlətin diqqət mərkəzində olduğunu nümayiş etdirir.

 

Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə də bu istiqamətlərdə bütün işlərin plan üzrə getdiyini və regionların sosial-iqtisadi inkişafı dövlət proqramının icra edildiyini bir daha diqqətə çatdırdı. Dövlət başçısı həmçinin cari ilin ilk altı ayının sosial-iqtisadi yekunlarına ətraflı nəzər saldı və bir sıra önəmli məqamları xüsusi qeyd etdi.

 

Hazırkı reallıqlar fonunda bütün dünyada iqtisadi tənəzzülün müşahidə olunduğu bir vaxtda Azərbaycan iqtisadiyyatında 2 faiz, qeyri-neft sektorunda isə 5 faiz artımın olması çox yaxşı göstəricidir və görülən səmərəli işlərin təzahürüdür. Valyuta ehtiyatlarımızın 1 milyard dollar artması isə xüsusi diqqətçəkən məqamdır. Nəzərə alaq ki, hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır, pandemiyanın iqtisadiyyatımıza mənfi təsirləri olub. Buna baxmayaraq, valyuta ehtiyatlarımızda 1 milyard dollar artım olub ki, bu da iqtisadi siyasətimizin doğru istiqamətdə olduğunu göstərir. Bir sözlə, Cənubi Qafqaz iqtisadiyyatında 60 faiz paya malik olangüclü iqtisadiyyat formalaşdıran Azərbaycanda son altı ayın sosial-iqtisadi göstəricilərinə baxarkən kifayət qədər pozitiv meyilləri görmək mümkündür.

 

Dövlət başçısı müsahibəsində digər mühüm məqamlara da toxundu, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işləri, Şərqi Zəngəzurun və Qarabağın yenidən dirçəldilməsi istiqamətində görülən işlər barədə ölkə ictimaiyyətinə ətraflı məlumat verdi.

 

Azad olunmuş torpaqlarımızda görülən işlərdə vətəndaşlarımızın rəyinin nəzərə alınması və ictimaiyyətin oradakı işlərlə bağlı mütəmadi məlumatlandırılması çox müsbət amil kimi dəyərləndirilir. Bu gün minatəmizləmə işləri ilə bərabər, enerji təsərrüfatının, yol infrastrukturunun qurulması istiqamətində də mühüm işlər görülür. Prezident İlham Əliyev cari ilin sonuna qədər azad edilmiş torpaqlarda bütün elektrik təsərrüfatının qurulacağını, 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığın əldə olunduğunu bəyan etdi.

 

Bu gün yaşadığımız postmüharibə dövründə kifayət qədər çağırışlar mövcuddur. Azərbaycan postmüharibə dövrünün gündəliyinin böyük qismini müəyyən edir. Düşünülmüş siyasət, hücum diplomatiyamız, vaxtında atılmış addımlar sayəsində ölkəmiz müharibədən sonrakı vəziyyətə də tam nəzarət edirbütün işlər uğurla aparılır. Bununla yanaşı, Ermənistanın özündə belə siyasi gündəliyin müəyyən hissəsi məhz Azərbaycan tərəfindən formalaşdırılır. Bu gün nəinki regionda, hətta artıq dünya miqyasında ən çox danışılan mövzulardan biri də Zəngəzur dəhlizinin açılması məsələsidir. Azərbaycan Televiziyasına müsahibəsi zamanı Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasına mane olmaq istəyən müxtəlif qüvvələrə də qəti mövqeyimizi açıq və birmənalı şəkildə çatdıraraq dedi: “...Bizim mövqeyimiz dəyişməz olaraq qalır və Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan bunu nə qədər tez dərk etsə, onlar üçün o qədər də yaxşıdır”. Əlbəttə ki, bu dəhlizin açılması Ermənistan da daxil olmaqla bölgənin inkişafına, region xalqlarının maraqlarına xidmət edəcək. Həmçinin yeni regional əməkdaşlıq formatı üçün əlverişli zəmin yaradacaq. Ona görə də bu dəhlizin və digər kommunikasiyaların açılması Ermənistandakı hazırkı ağır və acınacaqlı vəziyyətdən yeganə çıxış yoludur. Təəssüf ki, Ermənistan rəhbərliyi və bəzi qüvvələr hələ də bunu dərk etmək istəmirlər.

 

Təbii ki, müharibədən sonra sülh danışıqlarının başlanması, kommunikasiyaların açılması gözlənilən idi. Azərbaycan dəfələrlə ən yüksək səviyyədə buna hazır olduğunu bəyan edib. Lakin hələ də yeni reallıqlarla barışmaqda çətinlik çəkən Ermənistan müxtəlif bəhanələrlə bu prosesdən yayınır, bu ölkədəki siyasi qüvvələr pozuculuq fəaliyyətlərini davam etdirmək istəyirlər. Prezident İlham Əliyev müsahibəsində Ermənistanda bu cür düşünənlərə statusun yerini xatırladaraq xəbərdarlıq etdi: “Ermənistan bununla hesablaşmalıdır, yeni reallıqları qəbul etməlidir - istəsə də, istəməsə də. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”.

 

 

 

Məqsəd əhalinin sosial rifahını daha da yaxşılaşdırmaqdır

 

 

 

Rəşad MAHMUDOV,

 

Milli Məclisin deputatı:

 

- Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə - Daşkəsən, Goranboy rayonlarına, Naftalan şəhərinə səfəri bir daha göstərdi ki, regionların inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Regionların inkişafı sahəsində qəbul edilən yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı inkişafına, sosial infrastruktur təminatının yüksəldilməsinə, yeni müəssisələrin, yerlərinin açılmasına nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

 

Dövlət başçısının Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirak etməsi ölkəmizdə gənclərə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün geniş imkanlar yaradılmasından, Daşkəsən şəhərinin yenidən qurulan su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi əhalinin sosial şəraitinin yaxşılaşdırılmasının diqqət mərkəzində saxlanılmasından, Naftalan Mərkəzi Sanatoriyasının fəaliyyətə başlaması turizm sənayesinin inkişafından, şəhərdə 200 yerlik körpələr evi-uşaq bağçasının tikintisinin başa çatdırılmasının isə son illərdə paytaxtla yanaşı, bölgələrimizdə də məktəbəqədər təhsil sahəsində əvvəllər mövcud olan çatışmazlıqların aradan qaldırılmasından xəbər verir. Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri çərçivəsində açılışlarında iştirak etdiyi müəssisələrin istifadəyə verilməsi bir daha göstərir ki, regionların inkişafını şərtləndirən sosial məsələlərin həllinə xüsusi önəm verilir, insan amili daim diqqət mərkəzində saxlanılır, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması prioritet xarakter daşıyır.

 

Regional inkişaf sahəsində beynəlxalq təcrübələrin təhlili göstərir ki, müasir dövrdə bu istiqamətdə həyata keçirilən siyasətin paradiqması dəyişir. Belə ki, köhnə paradiqmada əsas problem kimi gəlirlər, məşğulluq, fizikibazar infrastrukturu üzrə regional fərqlər önə çəkilirdisə, yeni paradiqmada regionların potensialından istifadənin səmərəliliyinin və iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin daha da artırılması, yaşıl iqtisadiyyatın formalaşması, innovativ yanaşmaların tətbiqi kimi məsələlərə daha çox diqqət yetirilir. Hazırda Azərbaycanda da bu məsələyə xüsusi əhəmiyyət verilir. Belə ki, qeyd olunan paradiqma dəyişikliyi prizmasına əsaslanaraq, regionların inkişafının planlaşdırılmasında və həyata keçirilməsində yerli idarəetmə, o cümlədən yerli özünüidarəetmə orqanlarının, kənd icmalarının daha fəal cəlb olunması yolu ilə hər bir vətəndaşın həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər reallaşdırılır.

 

Əgər son altı ayın iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ölkə iqtisadiyyatı 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Azərbaycan iqtisadiyyatı isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq.

 

Dövlət başçısı müsahibəsində cari ilin ötən altı ayı ərzində ölkəmizin sosial-iqtisadi yekunlarını ifadə edən digər göstəriciləri də xatırlatdı. Bildirdi ki, qeyri-neft sektoru 5 faizdən çox, qeyri-neft sənayesi 16,6 faiz yüksəlib. Bütün bunlarla bərabər, bu dövrdə valyuta ehtiyatları 1 milyard dollar həcmində artıb. Xarici ticarətdə müsbət saldo 3,4 milyard dollar təşkil edib.

 

- İkinci Qarabağ savaşından sonrakı mövcud şərait beynəlxalq əməkdaşlıq formatının reallaşdırılmasını şərtləndirir. Buna görə də düşməndən təmizlənən ərazilərdə hazırda sosial infrastrukturun yenidən qurulması və əhalinin işlə təmin olunması üçün dövlət investisiyası ilə yanaşı, yerlixarici investisiyalar da cəlb edilir. Böyük quruculuq işlərinə dost ölkələrin təşviq olunması siyasəti isə Azərbaycanın beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirir. Artıq bir sıra dost ölkələrin şirkətləri ilə respublikamızın özəl qurumları tərəfindən magistral və dəmir yollarının çəkilişi, infrastruktur layihələrinin birgə həyata keçirilməsi prosesi uğurla həyata keçirilir.

 

Lakin əsas çətinlik Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalardır. 2020-ci il noyabrın 10-da Ermənistan tərəfindən kapitulyasiya aktının imzalanmasından sonra mina partlaması nəticəsində 30-a yaxın Azərbaycan vətəndaşı həlak olub, 100 nəfərdən çox insan isə yaralanıb. Bundan əlavə, minalar azad olunmuş ərazilərdə yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir.

 

Belə geniş ərazilərin minalardan təmizlənməsi olduqca böyük zamanresurs tələb edir. Düzdür, Ermənistandan mina xəritələrinin bir qismi alınıb. Lakin bu prosesin tez bir zamanda başa çatması üçün beynəlxalq ictimaiyyət işğalçını azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana verməyə məcbur etməlidir.

 

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2021.- 28 iyul.- S.1;5.