Karabakh.Center” layihəsi çərçivəsində fotosərgi açılıb

 

 

 

İyulun 27-də Qarabağ Dirçəliş Fondu uzun müddət ərzində davam edən erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuşKarabakh.Center” layihəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edib.

 

AZƏRTAC xəbər verir ki, bir müddət əvvəl ictimaiyyətə təqdim olunanKarabakh.Center” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qarabağ Dirçəliş Fondu tərəfindən Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılması məqsədilə yaradılıb.

 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev fondun yaradılması, məqsəd və vəzifələri, fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, “Karabakh.Center” layihəsi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Qeyd edib ki, biz artıq qalib ölkənin vətəndaşlarıyıq və hər birimiz Qarabağın dirçəldilməsi istiqamətində görülən işlərə dəstək olmalı, bu mühüm vəzifə ətrafında güclərimizi birləşdirməliyik.

 

Karabakh.Center” internet resursunda 10 mindən çox foto videogörüntülər əksini tapıb. Bütün fotoşəkillər videolar saytınUrbisidbölməsində yerləşdirilib. Bölmədə həmçinin memarlıq abidələrinin işğaldan əvvəl çəkilmiş yüzlərlə fotoşəkli ilə tanış olmaq mümkündür.

 

Portalda tarixçilər, tədqiqatçılar, jurnalistlər tərəfindən münaqişə və Ermənistanın qeyri-qanuni fəaliyyəti haqqında 150 səhifəlik təhlillər və məqalələr əksini tapıb. Bundan əlavə, bu materiallar Azərbaycan və rus dillərində yerləşdirilib. Məqsədimiz bu materialları dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Buna görə də onun sosial şəbəkələrdə geniş təbliğinə başlamışıq. Bu layihəni təqdim etməklə çox güman ki, həmvətənlərimizin səylərini Qarabağın bərpasına səfərbər edəcəyik. Karabakh.Centerinternet resursunun çoxsaylı materialları konkret nümunələr əsasında Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən ziyanın miqyası ilə tanış olmaq imkanı yaradır”, - deyə Rəhman Hacıyev vurğulayıb.

 

O, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılmasına xidmət edən bu internet resursunun yaradılmasının təşəbbüskarı olan Mehriban xanım Əliyevaya göstərdiyi etimada, fəal dəstəyə görə isə Müşahidə Şurasının üzvlərinə minnətdarlığını bildirib.

 

Rəhman Hacıyev erməni işğalı nəticəsində xalqımızın Qarabağda maddi-mədəni irsinə, bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə dəyən zərərə həsr olunmuş fotosərginin əhəmiyyətindən danışaraq bu formada tədbirlərin mütəmadi şəkildə keçiriləcəyini bildirib.

 

O, həmçinin işğaldan azad edilmiş ərazilərdə çəkilmiş foto və videoların böyük bazasına çıxışı təmin edən Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və “Azərbaycan TeleviziyaRadio Verilişləri” QSC-yə (AzTV) təşəkkür edib.

 

Milli Məclisin deputatı, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Fatma Yıldırım ermənilər tərəfindən Azərbaycan ərazilərində bütün infrastrukturun, sosial, iqtisadi, mədəni obyektlərin, tarixidini abidələrin tamamilə məhv edilməsi faktlarının əksini tapdığı “Karabakh.Center” portalının və Qarabağ həqiqətlərinin daha geniş kütləyə çatdırılmasında belə tədbirlərin önəmindən danışıb.

 

Fatma Yıldırım hər kəsi Azərbaycan dövlətinin qarşısında duran bərpa-yenidənqurma işlərində fəal iştirak etməyə və bu istiqamətdə görülən işlərə buya digər formada dəstək olmağa dəvət edib. Erməni işğalı nəticəsində ərazilərimizə dəyən zərərin miqyasından danışan deputat postkonflikt dövrünün bərpasının böyük maliyyə vəsaiti və resursların səfərbərliyini tələb edən bir proses olduğunu vurğulayaraq, bu dövrdə dövlət - özəl sektor əməkdaşlığının, vətəndaşların səylərinin Qarabağın dirçəlişinə böyük töhfə verə biləcəyini deyib.

 

Qarabağ Dirçəliş Fondunun Fandreyzinqkommunikasiya şöbəsinin rəhbəri Aybəniz İsmayılova abidələrin zənginliyi ilə seçilən, mədəniyyətimizin beşiyi hesab olunan Qarabağ bölgəsinin Ermənistanın işğalı nəticəsində orada olan bütün muzeylərin, məscidlərin, abidələrin dağıdılması barədə danışarkən, xalqımızın Birinci Qarabağ savaşında torpaqlarımızı itirməklə yanaşı, böyük bir sosioloji apokalipsis yaşadığını xüsusilə vurğulayıb. O qeyd edib ki, biz bu sosioloji kollapsı yalnız otuz ildən sonra, saysız ənənələrimiz, bizi biz edən etnik özəlliklərimiz, bölgəsəl yaşam tərzimiz əlimizdən çıxandan sonra görə bildik. Bu isə bir milyona yaxın insanın gündəlik, ənənəvi həyat tərzinin itirilməsi demək idi.

 

Aybəniz İsmayılova Ermənistanın ərazilərimizi işğal etməsinin nəticəsi olaraq, azərbaycanlıların bütün mülkiyyətlərindən və həyat tərzlərindən məhrum olması, məhz bu işğal nəticəsində insanların evini, ocağını tərk etməyə məcbur olması, otuz ilə yaxın müddətdə doğma torpaqlarından ayrı düşməsini qeyd edərkən, bu gün qalib ölkənin nümayəndələri kimi, hər şeyi daha gözəl formada bərpa etmək iqtidarında olmağımızdan danışıb. O, keçmişi unutmamaqla gözəl gələcək qurmaq üçün hər bir azərbaycanlını səfərbər olmağa çağırıb.

 

Qarabağ Dirçəliş Fondunun PR və kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bu mühüm vəzifədə fonda ianə edərək dəstək olmaq, bərpa və quruculuq prosesinin iştirakçısına çevrilmək istəyən şəxslərin rahatlıqla ödəniş edə bilməsi üçün “İanə et” funksiyasının əlavə olunduğu platformalar haqqında məlumat verib. İanə prosesini asanlaşdırmaq və bütün mümkün platformalara bu funksiyanı əlavə etmək istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdıran Pərvin Məmmədova bildirib ki, yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək. O qeyd edib ki, Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu bu işdə səylərin birləşdirilməsi üçün vahid və əlçatan platformadır.

 

Sonra tədbirdə fotosərgi ilə yanaşı, dağıdılmış binaları, yerlə yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və saytın təqdimat videosu nümayiş olunub.

 

Azərbaycan.-2021.- 28 iyul.- S.5.