“İqtisadi, ticarət, elmi
və texniki əməkdaşlıq
üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası
Komissiyasının Azərbaycan Respublikası tərəfindən
tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli
1476 nömrəli Sərəncamında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 1476 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 10, maddə 1184; 2016, ¹ 8, maddə 1384; 2017, ¹11, maddə 2123; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikasının energetika
naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası mədəniyyət
nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası ekologiya
və təbii sərvətlər nazirinin
müavini
Azərbaycan Respublikasının Dövlət
Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Vyetnam
Sosialist Respublikasında
fövqəladə və
səlahiyyətli səfiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında iqtisadi, ticarət, elmi və texniki
əməkdaşlıq üzrə
Hökumətlərarası Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibinə bu Sərəncamın 1-ci hissəsi
ilə edilmiş dəyişikliklər barədə
Vyetnam Sosialist Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 29 iyul.- S.2.