“Azərbaycan
Respublikası Hökuməti və Koreya
Respublikası Hökuməti arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2015-ci il 10 avqust tarixli 1346 nömrəli Sərəncamında
dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 avqust tarixli 1346 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 8, maddə 924; 2016, № 8, maddə 1384, № 9, maddə 1518; 2018, № 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikası nəql
iyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası energetika nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi sədrinin müavini
Ələt azad iqtisadi zonasının səlahiyyətli
qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikasının Koreya
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri
Azərbaycan Respublikası Xarici
İşlər Nazirliyinin
Asiya İdarəsinin rəisi.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası Hökuməti
və Koreya Respublikası Hökuməti
arasında iqtisadi əməkdaşlıq üzrə
Birgə Komissiyanın
Azərbaycan Respublikası
üzrə tərkibinə
bu Sərəncamın
1-ci hissəsi ilə edilmiş dəyişikliklər
barədə Koreya Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 29 iyul.- S.2.