“Azərbaycan
Respublikası Hökuməti ilə Yunanıstan Respublikası
Hökuməti arasında iqtisadi, sənaye
və texnoloji sahələrdə əməkdaşlıq
üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən
yeni tərkibinin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 6 mart tarixli 2015 nömrəli Sərəncamında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq üzrə birgə komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2015 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, ¹ 3, maddə 247; 2008, ¹ 11, maddə 1030; 2009, ¹ 7, maddə 589; 2010, ¹ 9, maddə 773; 2012, ¹ 2, maddə 110; 2014, ¹ 2, maddə 112, ¹ 4, maddə 391, ¹ 6, maddə 644, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının energetika
naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası mədəniyyət
nazirinin müavini
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsi
sədrinin müavini
Ələt azad iqtisadi zonasının səlahiyyətli
qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cəmiyyətinin sədri
Azərbaycan Respublikasının Yunanıstan
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri
Azərbaycan Respublikası Maliyyə
Nazirliyinin İnvestisiya
layihələrinin və
infrastrukturun maliyyəsi
şöbəsinin müdiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası Hökuməti
ilə Yunanıstan Respublikası Hökuməti
arasında iqtisadi, sənaye və texnoloji sahələrdə
əməkdaşlıq üzrə
birgə komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibinə
bu Sərəncamın
1-ci hissəsi ilə edilmiş dəyişikliklər
barədə Yunanıstan
Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 29 iyul.- S.2.