“Azərbaycan
Respublikası Hökuməti və Suriya
Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən
tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 580 nömrəli
Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 noyabr tarixli 580 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 11, maddə 905; 2012, ¹ 2, maddə 111; 2014, ¹ 2, maddə 112, ¹ 5, maddə 477, ¹ 6, maddə 644, ¹ 11, maddə 1414; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 8, maddə 1677) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası energetika
nazirinin müavini
Azərbaycan Respublikası mədəniyyət
nazirinin müavini
Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə
nazirinin müavini
Azərbaycan Respublikası nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin birinci müavini
Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikası Mərkəzi
Bankı sədrinin müavini.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası Hökuməti
və Suriya Ərəb Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq
üzrə Birgə Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibinə bu Sərəncamın 1-ci hissəsi
ilə edilmiş dəyişikliklər barədə
Suriya Ərəb Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.-
29 iyul.- S.2.