“Azərbaycan
Respublikası ilə Qırğız Respublikası
arasında iqtisadi və humanitar
sahələrdə əməkdaşlıq üzrə birgə
hökumətlərarası komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli
2833 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 22 may tarixli 2833 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, ¹ 5, maddə 422; 2012, ¹ 2, maddə 114; 2014, ¹ 2, maddə 112, ¹ 6, maddə 644; 2016, ¹ 8, maddə 1384, ¹ 9, maddə 1518; 2018, ¹ 1, maddə 79) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Komissiyanın üzvləri
Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini
Azərbaycan Respublikası fövqəladə
hallar nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası səhiyyə
nazirinin müavini
Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Azərbaycan Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsi
sədrinin müavini
Azərbaycan Respublikası Dövlət
Turizm Agentliyi sədrinin müavini
Azərbaycan Respublikasının Qırğız
Respublikasında fövqəladə
və səlahiyyətli
səfiri
Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının
Beynəlxalq əməkdaşlıq
şöbəsinin müdiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası ilə Qırğız Respublikası
arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq
üzrə birgə hökumətlərarası komissiyanın
Azərbaycan Respublikası
tərəfindən tərkibinə
bu Sərəncamın
1-ci hissəsi ilə edilmiş dəyişikliklər
barədə Qırğız
Respublikası tərəfinə
müvafiq bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 29 iyul.- S.2.