“Azərbaycan
Respublikası Hökuməti ilə Qətər Dövləti
Hökuməti arasında Birgə İqtisadi,
Ticarət və Texniki Komissiyanın Azərbaycan
Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 17 iyun tarixli 2125 nömrəli Sərəncamında
dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17 iyun tarixli 2125 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1128) 1-ci hissəsi ilə təsdiq edilmiş Komissiyanın tərkibi aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın həmsədri
Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Komissiyanın üzvləri
Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini
Azərbaycan Respublikası mədəniyyət
nazirinin birinci müavini
Azərbaycan Respublikası xarici
işlər nazirinin müavini
Azərbaycan Respublikası iqtisadiyyat
nazirinin müavini
Azərbaycan Respublikası təhsil
nazirinin müavini
Azərbaycan Respublikası energetika
nazirinin müavini
Azərbaycan Respublikası kənd
təsərrüfatı nazirinin
müavini
Azərbaycan Respublikası nəqliyyat,
rabitə və yüksək texnologiyalar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət
Gömrük Komitəsi
sədrinin birinci müavini
Azərbaycan Respublikası Diasporla
İş üzrə
Dövlət Komitəsi
sədrinin müavini
Ələt azad iqtisadi zonasının səlahiyyətli
qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin vitse-prezidenti
Azərbaycan Respublikasının Qətər
Dövlətində fövqəladə
və səlahiyyətli
səfiri.”.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyi Azərbaycan Respublikası Hökuməti
ilə Qətər Dövləti Hökuməti
arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan
Respublikası tərəfindən
tərkibinə bu Sərəncamın 1-ci hissəsi
ilə edilmiş dəyişikliklər barədə
Qətər Dövləti
tərəfinə müvafiq
bildiriş göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 iyul
2021-ci il
Azərbaycan.-2021.- 29 iyul.- S.2.