İ.N.Məmmədovun Azərbaycan
Respublikasının Əfqanıstan İslam
Respublikasında fövqəladə və səlahiyyətli səfiri
təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
İlham Nəriman oğlu Məmmədov Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
28 iyul 2021-ci il
Azərbaycan.-2021.- 29 iyul.- S.3.