Azərbaycanın xarici işlər naziri Pakistan Milli
Assambleyasının sədri ilə görüşüb
İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Pakistan parlamentinin sədri Qarabağ zəfəri münasibətilə təbriklərini çatdırıb. Ə.Qeysər bildirib: “Azərbaycanı dəstəkləmək bizim üçün qürurvericidir. İnanırıq ki, bizim əlaqələrimiz gələcəkdə daha möhkəm və sıx olacaq. Bakı Bəyannaməsi bizim bir çox sahədə münasibətlərimizin inkişafına yeni yol açdı. Bizim xüsusilə təhsil və enerji sahələrində yeniliklər edəcəyimizə inanıram. Azərbaycan hər zaman bizə doğma ölkə olub və bu, hər zaman belə olacaq”.
Nazir Ceyhun
Bayramov qeyd edib ki, Bəyannamənin
imzalanmasından sonra əlaqələrimiz
də yeni mərhələyə
başlayır. Tamamilə əminik İslamabad
və Bakı bəyannamələri əlaqələrimizi daha da möhkəmləndirəcək.
Azərbaycan Pakistanın dəstəyini daim
hiss edir və bu, qürurvericidir. Pakistan Azərbaycanın öz
ərazilərini işğaldan azad etməsinə mənəvi köməyini
göstərdi.
Azərbaycan.-2021.- 29 iyul.- S.3.