Birinci vitse-prezident: “Türkiyədə
baş vermiş dəhşətli
yanğınların nəticələri barədə xəbərləri
dərin kədər və təəssüf hissi
ilə qarşıladım”
Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində
qardaş Türkiyədə
baş verən yanğınlar nəticəsində
həlak olanların doğmalarına və yaxınlarına başsağlığı
verib.
AZƏRTAC xəbər
verir ki, paylaşımda deyilir:
“Türkiyə
regionlarında baş
vermiş dəhşətli
yanğınların nəticələri
barədə xəbərləri
dərin kədər və təəssüf hissi ilə qarşıladım. Həlak olanların
doğmalarına və yaxınlarına dərin hüznlə
başsağlığı verirəm. Yaralıların tezliklə
şəfa tapmasını arzulayıram. Türkiyə
xalqının kədəri bizim kədərimizdir. Uca
Tanrıdan bütün Türkiyə xalqına güc və səbir
diləyirəm!”.
Azərbaycan.-
2021.- 31 iyul.- S.1.