Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
İyulun 30-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə
rəsmi səfərdə
olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri
Əsəd Qeysərin
başçılıq etdiyi
nümayəndə heyəti
ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-a bildiriblər ki,
əvvəlcə, parlament
sədrlərinin təkbətək
görüşü olub. Görüşdə iki ölkə arasında münasibətlərin
yüksək səviyyəsindən
razılıq ifadə
olunub, parlamentlərarası
əlaqələrin bu
günü və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan,
Pakistan və Türkiyə
parlamentlərinin sədrlərinin
birinci üçtərəfli
görüşünün və Bakı Bəyannaməsinin əhəmiyyətini
vurğulayıblar.
Sonra nümayəndə heyətlərinin
geniş tərkibdə
görüşü keçirilib.
Qonaqları salamlayan Milli Məclisin sədri,
Pakistan İslam Respublikası
Milli Assambleyasının
sədri Əsəd Qeysərə onun dəvətini qəbul edərək Azərbaycana
rəsmi səfərə
gəldiyinə görə
minnətdarlığını bildirib. Qeyd edilib ki, Əsəd Qeysərin ölkəmizə bu səfəri Pakistan Milli Assambleyası sədrinin
ilk rəsmi səfəridir.
Səfər zamanı Azərbaycan,
Pakistan və Türkiyə
parlamentlərinin sədrlərinin
birinci üçtərəfli
görüşünün keçirilməsi tarixi əhəmiyyət daşıyır.
Pandemiya dönəmində belə
bir tədbirin baş tutması münasibətlərimizin inkişafına
verilən böyük
əhəmiyyətdən irəli
gəlir.
Milli Məclisin sədri bildirib ki, ölkələrimiz
arasındakı dostluq
və qardaşlıq
əlaqələrinin möhkəmləndirilməsində
dövlət başçılarının
xüsusi rolu var. Hər iki ölkə
prezidentlərinin qarşılıqlı
səfərləri zamanı
aparılan danışıqlar
münasibətlərimizin keyfiyyətcə
yeni səviyyəyə
yüksəlməsi üçün
əsaslı zəmin
yaradıb. Ölkələrimiz arasında imzalanmış
36 sənəd əməkdaşlığımızın
hüquqi bazasını
təşkil edir.
2015-ci ildə Bakıda imzalanmış
“Azərbaycan Respublikası
ilə Pakistan İslam
Respublikası arasında
strateji tərəfdaşlıq
haqqında” Birgə Bəyannamə isə əlaqələrimizin yüksək
səviyyəsinin göstəricisidir.
Sahibə Qafarova deyib ki, ölkələrimiz arasında mövcud olan geniş mədəni, humanitar münasibətlər xalqlarımızın
bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Milli Məclisin sədri xüsusilə Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondu tərəfindən Pakistanda
mühüm sosial-humanitar
layihələr həyata
keçirildiyini xatırladaraq
qeyd edib ki, bu xeyirxah
işlərinə görə
Mehriban xanım Əliyeva 2015-ci ildə Pakistanın ali ordeni olan “Hilal-e
Pakistan” ilə təltif
edilib.
Görüşdə S.Qafarova
Azərbaycan, Türkiyə
və Pakistan parlamentlərinin
sədrlərinin Şuşaya
və Füzuliyə səfərlərini qeyd edərək deyib ki, nümayəndə heyətlərinin üzvləri
44 günlük Vətən
müharibəsində Azərbaycan
əsgərinin döyüş
meydanında necə tarixi Zəfər qazandığının şahidi
oldular. Biz Azərbaycanın
haqlı mübarizəsində
Pakistan hökumətinin və
parlamentinin ölkəmizə
göstərdiyi siyasi
və mənəvi dəstəyi yüksək
qiymətləndiririk.
Sahibə Qafarova Pakistan Milli Assambleyasında Azərbaycan
Respublikasının ərazisinə
erməni təcavüzünü
pisləyən qətnamənin,
həmçinin Xocalı
şəhərində Ermənistan
tərəfindən mülki
əhaliyə qarşı
törədilmiş soyqırımı
haqqında qətnamənin
qəbul edilməsini yüksək qiymətləndirib,
bunun dostluğumuzun daha bir nümunəsi
olduğunu vurğulayıb.
Azərbaycan və Pakistanın qanunverici orqanları arasında əməkdaşlıqdan
da danışan Milli Məclisin sədri hər iki ölkənin parlamentlərində dostluq
qruplarının fəaliyyət
göstərdiyini, parlamentlərimizin
beynəlxalq təşkilatlar
çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini
bildirib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər ölkəmizə rəsmi səfəri çərçivəsində parlament sədrlərinin birinci üçtərəfli görüşü, Bakı Bəyannaməsinin imzalanması barədə danışıb, Azərbaycanın rəsmi şəxsləri ilə keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirilib ki, Pakistan dost və qardaş ölkə olan Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verir.
Qonaq Vətən müharibəsində ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə Sahibə Qafarovanı və Azərbaycan xalqını təbrik edib. Qeyd olunub ki, bu məsələdə Pakistanın mövqeyi birmənalıdır, o, Azərbaycanın haqlı mübarizəsini həmişə dəstəkləyib.
Əsəd Qeysər ümidvar olduğunu bildirib ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi, mədəni, humanitar sahələrə də öz təsirini göstərəcək. İqtisadi əlaqələrimizin dərinləşməsi xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Enerji, kənd təsərrüfatı, turizm, humanitar sahələrdə daha böyük uğurlar qazanmaq üçün geniş imkanlar var.
Milli Assambleyanın sədri qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrimizin daha da dərinləşməsi qarşıya qoyulan hədəflərə çatmaq baxımından əhəmiyyətlidir. Dostluq qrupları arasında təmasların mütəmadi xarakter alması münasibətlərimizin gələcək inkişafında əhəmiyyətli rol oynaya bilər.
Görüşün sonunda Azərbaycan Milli Məclisi ilə Pakistan Milli Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.
Milli Məclisin sədri Sahibə Qafarova bu sənədin parlamentlərarası münasibətlərimizdə yeni səhifə açacağına əminliyini ifadə edib.
Azərbaycan.- 2021.-31 iyul.- S.2.