Əlaqələndirmə Qərargahının nəzdindəki
İdarələrarası Mərkəzin İşçi
qruplarının üzvləri Şuşaya
səfər ediblər
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə və Şəhərsalma məsələləri üzrə İşçi qruplarının üzvləri Şuşaya səfər ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə işçi qruplarının üzvlərinə Şuşa şəhərinin baş planı, nəqliyyat və mühəndis kommunikasiya infrastrukturu barədə məlumat verilib.
İşçi
qrupların üzvləri, həmçinin Şuşa
şəhərində Şuşa Radio-Televiziya Yayım Stansiyasına, Şuşa Rabitə Qovşağının
binasına, eləcə də şəhərdə mövcud olan telekommunikasiya infrastrukturuna,
Şuşa Avtovağzalının
binasına və mövcud yol
infrastrukturuna baxış keçirəcəklər.
Azərbaycan.-
2021.-31 iyul.- S.3.