Bir qrup xarici jurnalist “Füzuli” yarımstansiyasında
olub
İyulun 30-da Yaponiya,
İspaniya, İtaliya,
Bolqarıstan və İordaniyadan olan jurnalistlər işğaldan
azad edilmiş ərazilərə səfər
çərçivəsində “Füzuli” yarımstansiyasının
fəaliyyəti ilə
tanış olublar.
AZƏRTAC xəbər
verir ki, jurnalistlərə yarımstansiya
haqqında məlumat verilib.
Bildirilib ki, 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin
ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına
əsasən tikilib. Yeni aeroportun
və Zəfər yolunun yaxınlığında
yerləşən bu yarımstansiya hava limanı, Füzuli şəhəri və ətraf kəndlərdə
inşa olunacaq bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.
Qeyd edilib ki, yarımstansiya
və yeni İdarəetmə Mərkəzi
ən müasir tələblərə cavab
verən avadanlıqla
təchiz olunub, komplektləşdirilib. Jurnalistlərin diqqətinə çatdırılıb
ki, İdarəetmə
Mərkəzində texniki
imkanlarla yanaşı,
əməkdaşların səmərəli
çalışmaları və
istirahəti üçün
hərtərəfli şərait
yaradılıb.
Azərbaycan.- 2021.-31 iyul.- S.4.