Batabat yaylağı və Ağbulaqla
tanışlıq Zəfər Düşərgəsinin
iştirakçılarında xoş təəssüratlar
yaradıb
Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı, ümumilikdə, 200-dən çox gəncin iştirakı ilə muxtar respublikada keçirilən “Azərbaycan-Türkiyə gənclərinin Zəfər Düşərgəsi” rəngarəng və bir-birindən yaddaqalan tədbirlərlə davam edir.
AZƏRTAC-ın
Naxçıvan bürosu xəbər verir ki, proqram
çərçivəsində gənclər Şahbuz
rayonunun ərazisində yerləşən
Batabat yaylağında olublar.
Burada onlara məlumat verilib ki, Batabatda 2 min 899 bitki növü yayılıb. Bunların bir çoxu,
məsələn, müxtəlif
rəngli və ətirli süsən növləri, dağlarda yayılmış Şərq
laləsi, ətirli yabanı qərənfil növləri, səhləb,
paradoksal süsən və başqaları endemikdir. Geniş müxtəlifliyə malik bitki örtüyü
285 növ faunanın bu ərazilərdə yayılmasına imkan verib. Ərazi geoloji cəhətdən
Tabaşir yaşlı
çöküntülərdən ibarət sıldırım
qayalıqlarla, nival və allüvial relyef formaları ilə səciyyələnir.
Ərazidə şabalıdı və torflu torpaq tiplərinin mövcudluğu landşaft-bitki
örtüyünün formalaşmasında
böyük rol oynayıb. Gənclər məşhur Zorbulağa
gəlib, Batabat gölünə maraqla baxıblar.
Ağbulaq İstirahət Mərkəzində
qeyd olunub ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə
kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti
burada turizmin bir çox növünün inkişafına
imkan verir.
“2018-2022-ci illərdə Naxçıvan
Muxtar Respublikasında
turizmin inkişafına
dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün
kompleks işlər görülüb, Ali Məclis
Sədrinin 2018-ci il 29
noyabr tarixli Sərəncamı ilə
Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi
yaradılıb. Bu il fevralın 17-də
Ağbulaq Xizək Mərkəzi istifadəyə
verilib. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış
aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi
üçün müvafiq
landşafta malik olması qış turizmi üçün geniş imkanlar açır.
Türkiyə Respublikasının Diyarbəkir
vilayətindən düşərgəyə
qatılan Mərvə
Özkaya təəssüratları
barədə danışaraq
deyib ki, Azərbaycana, o cümlədən
də Naxçıvana
ilk dəfədir səfər
edir. Gəldiyi gündən burada
onlara göstərilən
qayğıdan çox
məmnundur. O deyib:
“Səfərimizin əsas
məqsədi qardaş
ölkənin gəncləri
ilə bir araya gəlmək, Zəfər tariximizdən
sonrakı əlaqələrimizi
daha da möhkəmləndirməkdir.
Səfər zamanı Naxçıvanın
tarixi yerlərini, muzeylərini gəzdik, qədim tarixiniz haqqında ətraflı məlumat aldıq. Zorbulaq haqqında isə deyirlər ki, soyuqluğundan onun suyunda əlini davamlı saxlaya bilmirsən. Biz də iştirakçılar
ilə bunu yoxladıq. Hətta yarış da
keçirdik. Əlini daha
çox suda saxlayan qalib elan olundu”.
Ərzincandan gələn Firdevs Karadağ isə vurğulayıb ki, Naxçıvan başdan-başa
təbiət muzeyidir. Xüsusilə havası çox gözəldir. Naxçıvan şəhəri isə təmiz və səliqəlidir. Ağbulaq kimi
gözəl bir yerdə belə bir şəraitin yaradılması dövlətinizin
insanlara göstərdiyi
qayğının nümunəsidir.
Xizək
mərkəzi və kanat xətti mükəmməldir, təmiz
dağ havasının
təsiri ilə bu cür möhtəşəm
yerdə istirahət etmək çox gözəldir. Əminəm ki, Vətənimizə qayıdanda yaxınlarımıza
gəlib Naxçıvanı
görməyi tövsiyə
edəcəyik.
Gəncə Şəhər
Gənclərin İnkişaf
və Karyera Mərkəzinin əməkdaşı
Həsən Xıdırov
isə Türkiyə və Azərbaycan dostluğunun gənclərin
qarşısında açdığı
geniş imkanlar və perspektivlərdən
danışaraq bildirib
ki, tarixi dostluq, qarşılıqlı
etimad, səmimi münasibətlər, yüksək
səviyyəli əməkdaşlıq
əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri
daim möhkəmlənməkdədir.
Azərbaycan-Türkiyə dövlətləri
arasındakı münasibətlər bu gün hər iki ölkə
rəhbəri tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin
məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra
sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Sözsüz ki, bu dostluq əlaqəsinin ən gözəl nəticəsini
məhz Zəfər düşərgəsində iştirak edən gənclərin timsalında
görmək mümkündür. Əlaqələrin
belə səviyyədə inkişafı təkcə bu dövlətlərin yox,
həm də regionun ümumi
tərəqqisinə, sabitliyin bərqərar
olmasına mühüm töhfələr
verir. Türkiyə həmişə
olduğu kimi,
qardaşlarını haqlı davasında da
yalnız qoymayaraq bütün
dünyaya Qarabağın Azərbaycanın
əzəli torpaqları olduğunu, bu haqq davasında heç bir ölkənin
Azərbaycana mane ola
bilməyəcəyini bəyan etdi.
Hələ Türkiyənin Ermənistan ilə sərhədlərinin
bağlanması o vaxt
Azərbaycana göstərilən həmrəylik
aktının təcəssümü idi.
Müharibənin ilk günlərindən
Türkiyə Respublikasının Prezidenti
açıqlamalar verdi ki,
Azərbaycan yalnız deyil, Türkiyə
Azərbaycanın yanındadır. Bu, bütün
dünyaya bir mesaj idi ki,
kənarda durun, müdaxilə etməyin,
Azərbaycana mane olmayın.
İnanırıq ki, bundan
sonra da sağlam təməllər üzərində
qurulub-yaradılan bu münasibətlər
hər iki qardaş
ölkənin gəncləri tərəfindən inkişaf etdirilərək gələcək
nəsillərə bir dəyərli ərməğan
olacaq.
Azərbaycan.-
2021.-31 iyul.- S.4.