Musiqinin ilk
inciləri
İnsan övladı doğulan
andan qulağına gələn pıçıltılı nəğmələr
onun dərin yuxularda gəzişməsinə, xoş əhvallı
davranışlar sərgiləməsinə səbəb olur. Məhz
musiqinin həyatımızdakı önəmi də buradan
başlayır.
Bəşəriyyətin
özü qədər qədim olan musiqinin maraqlı
tarixçəsi var. Bəzi mənbələrə görə,
ən qədim nota alınan musiqi e.ə XIV əsrdə mixi
yazı ilə Hurilər tərəfindən Tanriça Nikkal
üçün bəstələnən “6 nömrəli
Hurrian Himni” adlanır. Melodiya gil lövhələr üzərinə
yazılıb və 1950-ci ildə Suriyanın Uqarit şəhərində
qazıntılar zamanı tapılıb. Pianoçu, bəstəkar
Malek Jandalinin 5 dəqiqəlik piano ifasındakı bu musiqi
kifayət qədər dərin notları özündə birləşdirir,
dinlənilən zaman həmin dövrün ab-havasını xəyallarda
canlandırır.
İlk musiqi kompozisiyasının
tarixi isə bir qədər daha yaxındır. Yunan mədəniyyəti
tarixə bir sıra töhfələr verməsi ilə
yanaşı, ilk musiqi kompozisiyasının da banisidir. I əsrə
aid yunan melodiyası olan “Seikilos Epitaph” adlı bəstə
Seikilos tərəfindən həyat yoldaşının məzar
daşına həkk olunmuş vəziyyətdə
tapılıb.
Bu əsərə kompozisiyaya
uyğun yunan dilində sözlər də əlavə olunub:
Yaşadıqca parlayın,
Heç kədərlənməyin.
Həyat yalnız qısa müddət
mövcuddur,
Vaxt isə öz haqqını tələb
edir.
Bir sıra dünya şöhrətli
musiqiçilər bu bəstənin tapılması nəticəsində
çağdaş kompozisiyadan yeni nümunələr təqdim
etmişlər.
Azərbaycan. - 2021.- 31 iyul.- S.7.