İlk musiqi alətindən çıxan
not
Melodiyalara ahəng qatan, onları daha da dolğunlaşdıran musiqi alətləridir. Ən qədim musiqi aləti fleyta olaraq bilinir. Onun 50-60 min yaşının olduğu sübut edilib.
Bu alət dünya əhəmiyyətli xəzinə hesab edilir. Neandertal fleyta adlanan bu alət 1995-ci ildə Slovakiyada arxeoloq İvan Turk tərəfindən “Divje” mağarasından tapılıb. Fleyta cavan ayının sol bud sümüyündən hazırlanıb, 4 dəlikdən ibarətdir. Tədqiqatçılar bu dəliklərin təsadüfən yerləşdirilmədiyini, musiqi ahənginə uyğunlaşdırılaraq qoyulduğunu təsdiqləyiblər.
Aparılan
araşdırmalardan sonra fleytanı çalmaq üçün
gildən birəbir eynisi düzəldilib.
Məşhur sənətçi L.Dimkaroski
hazırlanan bu fleyta
ilə Bethoven, Verdi, Ravel kimi bəstəkarların
repertuarlarından olan musiqi
parçalarını səsləndirib. Hətta o, sonralar bu
fleyta ilə konsert də
verib. Artıq hər kəs Dimkaroskinin yenidən nəfəs verdiyi bu fleyta
ilə çalınan musiqiləri dinləyib keçmişə səyahət edə
bilər.
Azərbaycan.-
2021.- 31 iyul.- S.7.