Rəsm yaradıcılığının ilk cizgiləri

 

İncəsənətin janrları sırasında yer alıb rəngarəng mövzudüşündürücü mənaları özündə əks etdirən rəsm əsərləri rəğbət duyulan istedadın ərsəyə gətirdiyi nəticədir.

Təsadüfi deyil ki, daha çox subniminal mesajları ilə müxtəlif ideologiyaları xarakterizə edən nümunələrlə rəssamlar dünya tanınmışları sırasında yer alırlar, əsərləri isə məşhur muzeyqalereyalarda nümayiş olunur.

Məşhur əsərlərə böyük cığır yolunu açan ilk rəsm kiçik bir qaya parçasının üzərində çəkilib. Cənubi Afrikada Blombos mağarasından tapılan bu rəsmin 73 min yaşı var. Alimlər deyirlər ki, ilk ağıllı insan Homo Sapiens bu rəsmi çəkərkən qırmızı oxra qələmindən istifadə edib. Yeri gəlmişkən, bu qələmdən Neolit dövründə (e.ə VII-VI minillik) insanlar öz heyvanlarını tanımaq məqsədilə onların üzərinə rəng çəkmək məqsədilə istifadə edirdilər.

Qaya parçası üzərindəki rəsm kəsişən xətlərdən ibarətdir. Bu xətli rəsmlərə sonrakı dövrlərdə Avstraliya Fransadakı digər insan məskənlərində rast gəlinib. Berqen Universitetinin tədqiqatçı alimi Kristofor Henşilvud bu xətlərin hansı mənanı ifadə etdiyinin hələ məlum olmadığını vurğulayıb. O qeyd edirdi ki, mağaranın tədqiqatı zamanı tapılan bu daş parçasının üzərindəki ləkə kirli təbəqə ilk başda onun adi daş olduğunu göstərsə , laboratoriyada yuyulan zaman daşdakı qırmızı xətlər asanlıqla üzə çıxmışdır.

K.Henşilvud rəsmin üzərindəki xətlərəbelə görünür ki, insan yaradıcılığının bu hissəsi işarələrin vəhdətindən ibarətdir”, - deyə şərh verib.

Bu gün müasir insanın ərsəyə gətirdiyi möhtəşəm əsərlərin başlanğıc tarixini bundan götürmək absurd görünsə , unutmaq olmaz ki, dünya yarananda hər şey primitivliyi ilə seçilirdi.

 

Azərbaycan.- 2021.- 31 iyul.- S.7.