Ən qədim xəritə
Yalnız əlimizi üzərinə qoyaraq dünyanı barmaqlarımızla gəzə bildiyimiz əyani vasitələrdən biri olan xəritələr dünya ölkələri haqqında ilkin fikirlərin formalaşması üçün əla kəşfdir.
İlk ibtidai xəritələrin hazırlanması eradan əvvəlki dövrlərə gedib çıxsa da, onların əksəriyyətinin maddi sübutu yoxdur. İlk xəritələrin e.ə 5-6-cı əsrlərdə hazırlandığı qeyd edilir. Bu xəritələrin müəllifləri babillər və yunanlar hesab olunur. İlk çəkilən xəritələr dünyanın düz olduğu fikri əsasında, Ellinizm dövründən etibarən isə artıq kürə şəklində ərsəyə gəlmişdi.
Ən qədim xəritə
gil üzərinə eramızdan əvvəl
6-cı əsrdə babillər tərəfindən həkk olunub. Xəritənin mərkəzində təsvir
olunan ərazi Mesopotamiya,
onun ətrafını dairəvi şəkildə
əhatələyən sahə isə okeandır. Burada Assuriya, Urartu və s. kimi dövlətlər, Dəclə və Fərat
çayları göstərilmişdir. Okeanın kənarlarında
üçbucaq formasında göstərilmiş
8 vilayət qeyd olunub.
Xəritənin yuxarı hissəsindəki mixi
yazı ilə yazılan mətn korlanmış vəziyyətdə
olduğundan oradakı əsas fikri tam oxumaq
mümkün deyil. Xəritə
Bağdad vilayətində tapılıb,
hazırda Londonda Britaniya
muzeyində sərgilənməkdədir.
Azərbaycan.-
2021.- 31 iyul.- S.7.