Dünyanın ilk modern atlası

 

Coğrafi ərazilərin tamamilə kəşf edilməsi tarixdə uzun vaxt aparan proseslərdən biri hesab edilir. Uzun müddət ərzində ayrı-ayrı ərazilərin bir çox xəritələri hazırlanmış, hətta onlar dəfələrlə təkmilləşdirilmişdi. Toplanan bu xəritələrin hesabına Yer kürəsinin ümumi xəritəsi ərsəyə gətirilmişdi.

Dünyanın ilk modern atlası Teatrum Orbis Terrarum (Yer Kürəsi Teatrı) adlanır. Əslində Piri Rəisin 1513-cü ildə hazırladığı dünya xəritəsi bir çoxlarına ilk müasir xəritə kimi məlumdur. Lakin bu xəritədə bütün qitələr tamamilə əhatələnmədiyi üçün o, ilk modern atlas hesab edilmir.

Teatrum Orbis Terrarumatlası 20 may 1570-ci ildə Abraham Ortelius tərəfindən çap edilmişdi. Atlasın original nəşri kartoqraflar tərəfindən hazırlanan 70 xəritədən izahlı mətnlə birlikdə 53 səhifədən ibarətdir. İlk nəşrdən sonra Ortelius müntəzəm olaraq xəritəni təkmilləşdirir, onun müxtəlif çeşidli yeni versiyalarını təqdim edirdi. Atlasın sonuncu nümunəsi, 31-ci buraxılışı 167 xəritəni əhatə etmişdi. Bütün bu mərhələlərdən sonra belə xəritəyə diqqətlə baxsaq hələ müəyyən ərazilərin burada təsvir olunmadığını görərik.

Dünyanın nəhəngliyi bir daha onun hər bir qarışının tam sübuta yetirilə bilməyinin qədər qəliz olduğunu bu faktlar da göstərir. Latın dilində olan bu xəritə sonralar alman, holland, fransız, ispan, italyan ingilis dillərinə nəşr olunub.

Bu atlasın yaranması ilə 1570-ci ildən 17-ci əsrin sonlarına qədər Hollandiyada bir sıra xəritələr tərtib olunmağa başlandı. Hollandiya həmin zamanda xəritə tərtibatında ən geri qalan ölkələrdən idi. Tərtibatın inkişafı nəticəsində həmin dövr “Holland Kartoqrafiyasının Qızıl Dövrükimi adlandırılmışdı.

Yeri gəlmişkən, Abraham Ortelius qitələrin bir zamanlar vahid halda olduğunu iddia etmiş, bunun nəticəsi olaraq ilk dəfəQitə sürüşməsiteoriyasını irəli sürmüşdü. O qeyd edirdi ki, qitələr hərəkət halındadır, bunun nəticəsində onlar indiki mövqelərini tutublar.

 

Azərbaycan.- 2021.- 31 iyul.- S.7.