Azərbaycan
və Türkiyə prokurorluq orqanları arasında əməkdaşlıq
genişlənir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da
Türkiyə Respublikası Ali Məhkəməsinin Baş
prokuroru Bəkir Şahinin başçılıq etdiyi
nümayəndə heyətini qəbul edib.
AZƏRTAC
xəbər verir ki, Ali Məhkəmənin Baş prokuroru Bəkir
Şahin Türkiyə Prezidenti Rəcəp Tayyib
Ərdoğanın salamlarını dövlətimizin
başçısına çatdırdı. Prezident İlham
Əliyev Türkiyə dövlətinin
başçısının salamlarına görə minnətdarlığını
bildirdi, onun da salamlarını Türkiyə Prezidentinə
çatdırmağı xahiş etdi.
Görüşdə
Azərbaycan ilə Türkiyə arasında dostluq və
qardaşlıq münasibətlərinin bütün sahələrdə
uğurla inkişaf etdiyi vurğulandı, prokurorluq
orqanlarının həyata keçirdiyi əməkdaşlığın
bu münasibətlərin inkişafı baxımından
önəmi qeyd olundu.
Söhbət
zamanı Türkiyənin bu sahədəki təcrübəsinə
toxunuldu, Azərbaycanda prokurorluq sahəsində aparılan
islahatlardan danışıldı.
Görüşdə
əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
Azərbaycan.-2021.- 1 iyun.- S.1.