Amerikalı bloger: “Ağdam şəhərindəki dağıntını görmək çox dəhşətlidir “

 

 

Ağdam şəhərindəki dağıntını görmək mənə çox dəhşətli hisslər yaşadır”.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Show Me Azerbaijan” layihəsi çərçivəsində Ağdamda səfərdə olan ABŞ-dan olan bloger və yotuber Dak Barner deyib.

D.Barner bildirib ki, ona Ermənistanın işğalı dövründə Ağdam şəhər Cümə məscidində heyvan saxlanıldığı barədə məlumat verilib: “Bu, çox məyusedicidir. Biz məsciddə yenidənqurma və bərpa işlərinin aparılacağına dair məlumatlarla da tanış olduq. Ağdam şəhərində artıq yenidənqurma işlərinə başlanılması çox sevindirici haldır”.

 

 

Azərbaycan.-2021.- 1 iyun.- S.6.