Özbəkistanlı bloger: “Ağdamdakı
dağıntıların miqyası bizi çox kədərləndirdi”
“Qarabağa gəlmək istəyən jurnalistlər çoxdur. Arzulayırdım Qarabağa gəlim, burada baş verənləri öz gözlərimlə görüm. Bu gün istəyimə çatdım. Ağdamdakı dağıntıları görmək çox ağırdır”.
Bu
sözləri AZƏRTAC-ın bölgə müxbirinə
“Show Me Azərbaijan” layihəsi çərçivəsində
Ağdamda səfərdə olan Özbəkistanın
qalampir.uz portalının müxbiri Feruza Nəcmiddinova deyib. O
bildirib ki, Azərbaycanla
bağlı çox məlumatlıdırlar
və baş verənlər barədə informasiyalar yayımlayıblar. “Qardaş xalq olaraq Azərbaycanla bağlı çox bilirik və
portalımızda çox məlumatlar
paylaşırıq. Lakin səfər
zamanı gördüklərimizi gözləmirdik. Biz binaların
dağıdıldığını gördük,
Cümə məscidində, İmarət kompleksində olduq. Bu
dağıntıların miqyası bizi çox kədərləndirdi. Azərbaycana səfərimlə
bağlı daha dolğun
məlumatlar hazırlayıb paylaşacağam”.
Azərbaycan.-2021.- 1 iyun.- S.6.