İlham Əliyev Ağdamda dünyada tayı-bərabəri olmayan cənnətməkan qurur

 

Bəxtiyar ƏLİYEV: “Cənab Prezidentin adı tariximizə qalib sərkərdə və möhtəşəm Azərbaycanın qurucusu kimi yazılır”

 

 

Ötən həftə ölkəmizin ictimai-siyasi həyatında daha bir tarixi hadisə yaşandı. Mayın 28-də - Respublika Günündə 27 ildən sonra düşmən tapdağından qurtulmuş Ağdam şəhərinin Baş Planı təsdiqləndi. Bu, işğaldan azad edilmiş ərazilərdə təsdiqlənən ilk Baş Plan idi.

Prezident İlham Əliyev Vətən müharibəsində şanlı qələbədən sonra Ağdama ikinci səfərində şəhərsalma prinsiplərinin müasir konsepsiyasına uyğun yeni, ən müasir Ağdamın qurulacağını bəyan etdimodern şəhərin təməlini qoydu. Bu, təkcə ağdamlılara yox, bütün dünya azərbaycanlılarına böyük qürur, fəxarət hissi yaşatdı. Bu hadisə işğaldan azad edilmiş torpaqlarımızda tezliklə ən müasir şəhər və kəndlərin salınacağını, dünyaya tamamilə yeni tipli yaşayış məntəqələri modellərinin təqdim olunacağını deməyə bir daha əsas verdi.

 

 

 

“İllər sonra həyatımın ən xoş gününü yaşadım”

 

 

Həmin mərasimin iştirakçısı Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor Bəxtiyar Əliyev bu tarixi prosesə şahidlik etməsini böyük xoşbəxtlik kimi qiymətləndirdi. Düşmənin 27 ildə daşını daş üstündə qoymadığı Ağdamda böyümüş Bəxtiyar Əliyevin fikrincə, bundan sonra təqvimin 28 may tarixi həm Respublika Günü, həm də Ağdam şəhərinin yenidən qurulmasına başlanıldığı gün kimi ikiqat bayram təntənəsi ilə qeyd ediləcək: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məhz 28 mayda Ağdama səfəri həqiqətən də tarixi hadisə oldu. Çünki ilk dəfə idi ki, cənab Prezident işğaldan azad edilmiş Ağdam rayonunaAğdam şəhərinə onun yenidən qurulması ilə bağlı səfər edirdi.

Çox xoşbəxt bir gün yaşadım. Çünki işğaldan sonra ilk dəfə idi ki, Ağdam şəhərinə səfər edirdim. Həmin gün qədim Ağdam şəhərinin yerində yeni, möhtəşəm şəhərin təməlqoyma mərasimi keçirilirdi. Orada olarkən dayandığımız ərazini təxmini müəyyənləşdirdim. Bizim durduğumuz yer Füzuli küçəsi ilə ən uzun küçələrdən biri olan Süleyman Sani Axundov küçəsinin kəsişmə nöqtələrinə yaxın  idi. İki böyük mütəfəkkirin adını daşıyan küçələrin kəsişməsində cənab Prezident Ağdam ictimaiyyəti ilə görüşdürayon haqqında təəssüratlarını bölüşdü. Cənab İlham Əliyev dedi ki, “mən söz vermişəm və artıq bunu icra edirəm - Qarabağı cənnətə döndərəcəm!”

Təməlqoyma mərasimində Ağdam şəhərinin Baş Planı Prezidentə təqdim olunanda dövlət başçısı qeyd etdi ki, ən müasir şəhərsalma prinsiplərinə uyğun olaraq yeni Ağdam qurulur.

Deputatın sözlərinə görə, İlham Əliyev 2003-cü ildə keçirilmiş prezident seçkilərindən sonra dövlət başçısı kimi rayonlara səfərləri çərçivəsində ilk olaraq məhz Ağdama gedib. Həmin səfər zamanı Prezident dövlətin məcburi köçkünlərə hər zaman diqqət və qayğı göstərdiyini, bundan sonra daha yaxşı imkanların yaradılacağını söyləyib: “Hələ o zaman Prezident deyirdi ki, böyük planlar var, tezliklə məcburi köçkünlər üçün yeni qəsəbələr tikiləcək, onların sosial şəraiti yaxşılaşdırılacaq. İşğaldan azad olunana qədər Prezident 9 dəfə Ağdama səfər edibbütün səfərləri zamanı açılışını etdiyi, təməlini qoyduğu sosial-iqtisadi obyektlər dövlət başçısının rayona necə diqqət göstərdiyini bir daha təsdiqləyirdi. Ağdam azad olunana qədər dövlət başçısının fərman və sərəncamlarına əsasən işğal altında olmayan ərazilərdə 18 yeni tipli qəsəbə, İdman Olimpiya Kompleksi, Muğam Mərkəzi, 5 xəstəxana, Xalçaçılıq fabrikiçoxlu sayda müəssisələr tikilmişdi. Quzanlı kəndi bütün bu quruculuq işləri nəticəsində qəsəbə statusu almışdır”.

Komitə sədrinin sözlərinə görə, bu təməlqoyma mərasimi üçün başqa bir vaxt da seçilə bilərdi. Amma Prezidentindediyi kimi, bu günün seçilməsinin çox böyük rəmzi mənası var idi. Məhz milli bayram - Respublika Günü Ağdama gəlməyimiz bir daha müstəqilliyimizin nə qədər güclü olmasını göstərdi: “Cənab İlham Əliyev vurğuladı ki, əgər güclü müstəqil dövlət qurmasaydıq, öz tarixi torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Ancaq güclü, müstəqil və sözün əsl mənasında müstəqil siyasət aparan Azərbaycan bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Hər dövlətin buna gücü çatmaz”.

Bəxtiyar Əliyev hesab edir ki, son 17 il ərzində Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətin məqsədi dayanıqlı inkişafı, müstəqil siyasəti möhkəmləndirmək və xalqın xoşbəxt gələcəyini tam təmin etmək olub. Bu gün dünya da şahidlik edir ki, Azərbaycan qısa zaman ərzində daha qüdrətli, sözünün sahibinə çevrilən dövlət olub. Ölkəmiz uzaqgörən liderinin yürütdüyü müstəqil siyasətlə dünyada ən etibarlı tərəfdaşa çevrilib.

Komitə sədri deyir ki, təməlqoyma mərasimində Prezidentin səmimi çıxışı, Ağdamın keçmişi və gələcəyi ilə bağlı fikirləri həqiqətən də lider qətiyyətinin təntənəsi kimi qiymətləndirilməlidir. Çünki bütün vədlərinə sadiq olan İlham Əliyev Qarabağın azadlığı ilə bağlı səsləndirdiyi fikirləri bu gün reallığa çevirir: “Təməlqoyma mərasimində cənab Prezident çox səmimi çıxış etdiilk Baş Planın təsdiqlənməsinin Ağdamla başlamasını xüsusi vurğuladı, rayonun keçmişi və gələcəyi haqqında danışdı. Prezident bir fikrini xüsusi olaraq xatırladı. Söylədi ki, işğal dövründə Ağdam şəhərinin dağıntılarını, o şəhərin bir hissəsini uzaqdan seyr edərkən öz-özümə deyirdim ki, biz mütləq bu yerlərə qayıdacağıq. Nəyin bahasına olursa-olsun qayıdacağıq. Tarixi ədaləti bərpa edəcəyik. Düşməni torpağımızdan qovacağıq və buna nail olduq. Bu səfər isə böyük qələbədən sonra Prezidentin Ağdama ikinci səfəri idi. Bu dəfə cənab İlham Əliyev uzaqdan seyr etdiyi dağıntılar üzərində ən müasir, dünyada bənzəri olmayacaq bir şəhərin təməlini qoymaq üçün Ağdama gəlmişdi”.

 

 

 

Ağdamda möcüzələr yaradılacaq

 

 

 

Bəxtiyar Əliyevin fikrincə, Ağdamda start verilən layihələr şəhərin və bölgənin gələcək iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri olacaq.

Təməlqoyma mərasimində bildirildi ki, işğaldan əvvəl Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Birləşdirilən kəndləri və əhalinin artımını da nəzərə alsaq, şəhər sakinlərinin sayı 50 mindən çoxdur. Prezidentin tapşırığına uyğun olaraq, şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Həmçinin Ağdam rayonunun kommunikasiya, yol, dəmir yolu xətləri və vacib olan meliorasiya işləri bir-biri ilə vəhdət təşkil etməlidir. Ona görə də rayonun işğaldan azad olunmuş 70 min 900 hektarlıq ərazisinin coğrafi, iqlim şəraiti nəzərə alınıb. Bunun əsasında  71 kəndi daha rahat, daha uyğun qurmaq üçün birinci mərhələdə 33 kənd layihələndirilib. Bəzi kəndlər birləşdiriləcək. Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək.

Layihə ilə tanış olan Bəxtiyar Əliyev deyir ki, vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar idi. İndi iki dəfə böyüyərək 1750 hektar olacaq. Ərazi Qarqar çayından Xaçınçaya, eyni zamanda Bərdə-Tərtər istiqamətində daha da genişlənir. Yeni müasir yollar, ilk dəfə olaraq şəhərətrafı bağlar salınır. Ağdam şəhərinin özündə yeni infrastruktur qurulur. Şəhərin 70 faizi hündürmərtəbəli binalardan ibarət olacaq və əhalinin 70 faizini əhatə edəcək. Əhalinin 30 faizi fərdi evlərdə yaşayacaq. 1750 fərdi ev, 23 min mənzil tikiləcək. Şəhərdə böyük göl, 4 park salınacaq və 2 km uzunluğunda su kanalı çəkiləcək. Bu çay bəzi anlarda iti axacaq, bəzi anlarda zəif. İnsanlar 2 kilometrlik məsafədə qayıqlarla gəzə biləcəklər. Şəhər parklarının əhatə dairəsi elədir ki, insan evindən çıxarkən 400 metrdənbir istirahət məkanına çatacaq. Yeni şəlalələr qurulacaq. Şəhərin yüksək təpəlik hissəsində dağüstü parkkonsert keçirmək üçün amfiteatr tikiləcək.

Komitə sədrinin sözlərinə görə, şəhərdə həmçinin innovasiyalar mərkəzi və Qarabağ Universiteti təsis ediləcək. Tamaşaçı tutumu 30 min nəfərdən çox olacaq stadion tikiləcək.

Şəhərdə dəmiryol vağzalı da inşa ediləcək. Bu, şəhərin şərqində tikiləcək. Vağzala gedən yollarda iri müəssisələr, bir-iki mərtəbəli ticarət obyektləri yaradılacaq ki, şəhərin içində böyük müəssisələr olmasın. Ağıllı və dayanıqlı sosial infrastruktur elə qurulub ki, burada məktəblər, sosial xidmətlər, tibb müəssisələri, parklar, şəhər meydanı - bunlar hamısı vəhdət təşkil edirbir-birinin yaxınlığındadır.

Həmçinin atçılıq mərkəzi öz ərazisində bərpa ediləcək və orada Cıdır meydanı qurulacaq. Şəhərdə müasir tramvaylar hərəkət edəcək, yeni velosiped yolları salınacaq. Hansı ki bunları Avropanın  ən müasir, inkişaf etmiş şəhərlərində görə bilərik.

Ağdamda məktəblər, uşaq bağçaları elə qurulacaq ki, insanlar heç bir nəqliyyat vasitəsindən istifadə etmədən həmin təhsil mərkəzlərinə gedə bilsinlər.  

Ağdamın ətrafında isə meşə zolağı salınacaq, turistlər üçün kiçik mehmanxanalar tikiləcək ki, bütün bunlar minlərlə yerləri deməkdir. Eyni zamanda kiçikorta sahibkarlıq üçün əlverişli imkanlar yaradılacaqdır. 

Deputat deyir ki, şəhərin bütün kommunikasiya xətləri əvvəlcədən çəkiləcək və müasir tələblərə cavab verəcək. Prezidentin tapşırığına əsasən Ağdam da “yaşıl enerji” zonası elan ediləcək. Ağdam 23 faiz göstərici ilə dünyanın ən yaşıl şəhəri və ərazisinə görə Gəncədən sonra Azərbaycanın üçüncü böyük şəhəri olacaq. Şəhərdə yeni İşğal və Zəfər muzeyləri yaradılacaq. Həmçinin əvvəlki bəzi qədim binalar bərpa ediləcək. Yəni şəhərin bir hissəsi əvvəlki dövrü xatırladacaq.

 

 

 

Ləyaqətimizin, haqq-ədalətin təntənəsi

 

 

Bəxtiyar Əliyev deyir ki, dövlət başçısı Ağdama səfərlərinin birində qətiyyətlə vurğulamışdı: “Ən böyük işlər Ağdam azad edildikdən sonra başlayacaq”. Bu gün həmin fikirlər reallığa çevrilir və 2021-ci ildə Ağdam yenidən qurulmağa başlayır. Qafqazın Xirosiması adlandırılan Ağdam şəhərində ən müasir, modern tikinti-quruculuq işlərinə start verilir: “Prezident İlham Əliyev Ağdamda yeni-yeni obyektlərin təməlini qoymaqla müasir Azərbaycanın təməlini qoymuş oldu. Bu da onu göstərir ki, artıq Azərbaycanın intibah dövrü başlayır. Azərbaycan bundan sonra yalnız yüksələn xətlə inkişaf edəcək. Əgər viran qoyulmuş Ağdamın yerində dünyanın ən müasir şəhərlərindən biri tikiləcəksə, bu, Azərbaycanın gücü, intibahı və xalqın xoşbəxt gələcəyi deməkdir. Bütün bunları yaradan Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə 28 may 2021-ci il tarixdə dünyanın ən xoşbəxt insanı idi və bizlər də o sırada idik. Mən özüm də xoşbəxtəm ki, doğulduğum, boya-başa çatdığım Ağdamda cənab Prezidentin keçirdiyi təməlqoyma mərasimində iştirak etdim. Bu, bir şanlı tarixdir. Bu, ləyaqətimizin, haqq-ədalətin təntənəsi idi!”

Ağdamın Baş Planını təsdiq edən və Qarabağı yenidən cənnətməkana çevirmək üçün bütün imkanları səfərbər edən Prezident İlham Əliyevin siyasətini hər zaman dəstəklədiyini deyən parlamentin komitə sədri Qarabağı bizə qaytaran Ali Baş Komandanla qürur duyur və fəxr edir ki, bu gün məhz müasir Ağdam şəhərinin təməli qalib sərkərdə tərəfindən qoyulur. Vaxtilə Azərbaycanın görkəmli şəxsiyyətlərinin təməlini qoyduğu qədim tarixi şəhəri düşmən xarabalığa çevirsə də, bu gün yeni Ağdamın adı İlham Əliyevin adı ilə bağlı olacaqbu da fəxrdir: “Birmənalı şəkildə deyə bilərik ki, cənab İlham Əliyevin adı tariximizə təkcə qalib sərkərdə kimi deyil, eyni zamanda yeni, möhtəşəm Azərbaycanın qurucusu kimi yazılır”.

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 2 iyun.- S.1;4.