Bakı “Formula-1”in 5-ci zirvəsini fəth edir

 

Azərbaycan növbəti dəfə dünya idman ictimaiyyətinin diqqət mərkəzindədir

 

 

 

Ölkəmizin paytaxtı yenidən möhtəşəm turnirin astanasındadır. Bakı indiyədək ardıcıl olaraq dörd dəfə “Formula-1” Qran-prisinə evsahibliyi etmişdir. Planetin ən güclü pilotları birillik fasilədən sonra yenidən Bakıda toplaşırlar.

Cari ayın 4-6-da keçiriləcək “Formula-1” Azərbaycan Qran-prisi koronavirus pandemiyası başlayandan sonra paytaxtımızın evsahibliyi edəcəyi ilk irimiqyaslı idman tədbiri olacaq.

 

 

 

6 kilometrlik 51 dövrə

 

 

Cari mövsümün 6-cı mərhələsində iyunun 4-5-də pilotların sərbəst yürüşləri sıralama turları keçiriləcək. İyunun 6-da isə möhtəşəm Azərbaycan Qran-prisinə (51 dövrə ya 120 dəqiqə) start veriləcək. Digər Qran-prilərdə olduğu kimi, Bakıda yarışacaq komandalar da reqlamentə əsasən əvvəlcə iki sərbəst yürüşdə trasla tanış olacaq, maşınları yarışa hazır vəziyyətə gətirəcək.

İyunun 5-də səhər pilotlar bir saat məşq keçəcəklər. Adətən nahardan sonra sıralanma turu ya təsnifat mərhələsi təşkil olunur. Bu turun yekun nəticələrinə görə pilotların yarışda start düzümü formalaşır.

İyunun 6-da sayca 5-ci Azərbaycan Qran-prisinin yarış günüdür. Yarışanlar bir gün əvvəlki sıralanma turunun nəticələrinə görə startda yerlərini tuturlar. Əvvəlcə sürücülər trasda bir dövrə vuraraq təkərləri əyləcləri qızdırır, dövrənin tamamında yenidən start yerlərini tuturlar. 5 qırmızı işığın sönməsindən sonra həyəcan başlayır.

 

 

 

Yeniliklərlə yadda qalan Azərbaycan Qran-prisi

 

 

 

“Formula-1” yarışlarının Azərbaycanın paytaxtında keçirilməsi ilə bağlı FOM (Formula One Management) ilə danışıqlar 2013-cü ildə başlamış 2014-cü ilin martında ilkin müqavilə imzalanmışdır. Azərbaycanda Qran-prinin təşkili ilə dövlət səviyyəsində məşğul olublar. Bu da layihənin statusunu onun ölkə üçün əhəmiyyətini göstərir.

İlk dəfə 2016-cı ildə paytaxtımızda keçirilən “Formula-1” Avropa Qran-prisinin Bakı mərhələsi yeniliklə yadda qalmışdı. Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırıldı. 10 pilot 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi. Yeni qaydaya görə isə seansın sonunda yox, 90 saniyədənbir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub.

“Formula-1” mütəxəssislərinin rəylərinə görə, bu yenilik yarışın həyəcanını bir qədər artırır. “Formula-1”in dünyada kifayət qədər azarkeşləri olduğunu nəzərə alsaq, Bakı Şəhər Halqasında pandemiya ilə əlaqədar olaraq tamaşaçılar yarışı canlı yerində izləyə bilməyəcəklər. Ancaq onu da xüsusi olaraq qeyd edək ki, quraşdırılan tribunalar elə yüksək səviyyədə hazırlanıb ki, daim istifadədə olsa belə dağılıb sıradan çıxmır.

Bu mötəbər yarışın yüksək səviyyədə KİV- işıqlandırılmasına təcrübəli müxbirlər fotomüxbirlər cəlb edilmişlər. Beləliklə, dünyanın ən böyük media orqanları, eləcə yerli KİV Bakıda keçiriləcək “Formula-1” yarışı barədə xəbərləri dünyaya yayacaqlar.

 

 

 

Qürur hissi doğuran yüksək səviyyəli evsahibliyi

 

 

 

Məlumdur  ki, beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi kommunikasiya imkanları həmişə həlledici rol oynayır. Bir çox ölkələr beynəlxalq tədbirləri təşkil etmək üçün rəqabət aparır, yarış tədbirlərin evsahibləri 5-10 il sonra üçün belə müəyyən olunur.

Bu baxımdan beynəlxalq yarış tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, güclü iqtisadiyyata, sabit təhlükəsizliyə malik olması belə tədbirləri təşkil etmək imkanlarını artırır bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

Azərbaycan bir çox beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Bunlara “Eurovision” musiqi yarışı, I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları “Formula-1” Qran-prisini misal göstərmək olar.

Bu irimiqyaslı tədbirlərin keçirilməsinin ölkəmizə həvalə edilməsi təsadüfi deyil. Bu, ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə qazandığı  nüfuzdan qaynaqlanır. Eyni zamanda belə tədbirlər ölkəmizə, dövlətimizə müəyyən dividendlər gətirir.

 

 

Azərbaycan.-2021.- 2 iyun.- S.5.