Milli Məclisin
sədri İƏT PA-nın iclası çərçivəsində
türkiyəli həmkarı ilə görüşüb
İyunun
2-də Milli Məclisin sədri Sahibə Qafarova İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (İƏT PA) Pakistanda keçirilən
İkinci Ümumi Konfransı çərçivəsində
Türkiyə Böyük Millət Məclisinin sədri
Mustafa Şəntopla görüşüb.
Milli
Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki,
görüşdə beynəlxalq təşkilatlarda səmərəli
əməkdaşlıq, siyasi, iqtisadi, mədəni və
humanitar sahələrdə münasibətlərin dərinləşdirilməsi,
parlamentlərarası əlaqələrin gələcək
inkişaf istiqamətləri barədə fikir mübadiləsi
aparılıb. Söhbət zamanı iki qardaş ölkənin
parlament sədrləri regional əməkdaşlığın
əhəmiyyətini qeyd ediblər.
TBMM-in
sədri Mustafa Şəntop 44 günlük Vətən
müharibəsində Azərbaycanın qazandığı
möhtəşəm Qələbə münasibətilə
bir daha təbriklərini çatdırıb.
Milli
Məclisin sədri Sahibə Qafarova, öz növbəsində
Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyə
görə Türkiyə tərəfinə minnətdarlığını
ifadə edib.
Görüşdə
tərəfləri maraqlandıran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2021.- 3 iyun.- S.2.